VİP sədri Əli Əliyev 5 ay müddətinə azadlıqdan məhrum edildi – Yenilənib

Bu gün Bakı şəhər Yasamal rayon məhkəməsində 30 noyabr vertalyot qəzasında sağ qalan iki nəfərin VİP sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında şikayəti əsasında keçirilən məhkəmə iclasında hakim Hüseyn Səfərov qanuni səlahiyyətlərini aşaraq ittiham tərəfinin vəkili kimi çıxış edib.

Əli Əliyev və vəkilin heç bir sözünü dinləməyən hakim sərt şəkildə təpkilər göstərməyə məhkəmə zalında olanları təxribata çəkməyə başlayıb.

Əli Əliyevin təzyiqinin yüksəlməsi və səhhətinin korlanması səbəbindən məhkəməyə çağırılan Təcili Yardımın tibbi heyətinə VİP sədrini xəstəxanaya aparmasına icazə verilməyib.

Buna etiraz əlaməti olaraq “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı və “Reaksiya” Media Qrupunun rəhbəri Zaur Qəriboğlu məhkəmə zalını tərk ediblər.

Ə.Zeynallı özünün facebook səhifəsində yazıb: “Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi gedir. Məhkəmədə dəhşət gərginlik var. İlk dəfədir ki, belə amansız və sərt hakim görürəm. Gedişat onu göstərir ki, Əli Əliyevi həbs edəcəklər…”

Qeyd edək ki, məhkəmənin hökmü ilə Ə.Əliyev 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button