Əli Əliyevdən ritorik suallar: “10 milyonun içində kimlər var?!”

Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri

 

10 milyonuncu vətəndaşımızın dünyaya gəlişi ilə bağlı atəşfəşanlıq keçiriləcək. İqtidar yenə tozanaq qoparmaq istəyir. Suallarım var bu qərarı verənlərə:

– Bu 10 milyon erməni əsirliyində olan ana-bacımızla birlikdə hesablanır, orada erməni cinsəl təcavüzdən dünyaya gəlmişləri də sayırsınızmı?

– Ölkənin yarıtmaz idarəçiliyindən Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrə hambalçılığa getmişləri də əlavə etmisinizmi?

– Avropa qaçqın kamplarında əfqan, suriyalı, Somali və sudanlılarla sahəni bölüşənlər də nəzərə alınıbmı?

– Vətəndən işsizlik ucbatından dünyaya dağılan intellektuallarımızı da siyahıya daxil etmisinizmi?

– Dağlıq Qarabağ sakinlərimiz də varmı 10 milyonun içərisində?

– Borçalı, Cənubi Azərbaycan, Dərbənd, İraqdakı türkmanlar, Türkiyədəki soydaşlarımızı niyə görmürsünüz?

Nə isə, suallar çoxdur. Atəşfəşanlığı Qarabağı qaytaranda edərik, inşallah.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button