Əli Həsənov 3 il əvvəl məmur övladları haqqında nə demişdi?

“Mənim də övladlarım var. Sizin xəbəriniz var, o kimdir?”.

Xural.com PrimeTime.Az-a istinadən xəbər verir ki, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov 2014-cü ildə mediada məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Əli Həsənov qeyd edib ki, məmurlar övladlarına nəzarət etməlidir: “Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir”.

Qeyd edək ki, ötən gün biri Mercedes Galendevagen olmaqla iki maşın Heydər Əliyev prospektində ötüşüblər. Bu zaman Galendevagen yolu keçmək istəyən piyadanı vurub. Hadisə zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus10 PP 203 dövlət nömrə nişanlı Galendevagen aşıb və yanmağa başlayıb. Əldə etdiyimiz məlumata görə, qəza nəticəsində Nail Allahverdiyev ağır yaralanıb.

Əlaqəli məqalələr

1 şərh

  1. Ala, sən inanırsan ki, bu məmləkətdə Əli Həsənovun nəvəsini cinayət məsuliyyətinə cəlb etsinlər?- Ala, mən inanmıram!..

    Babası bir milyon qaçqının pulunu 30 ildir yeyib dağıdır, yəni nəvəsi bir-iki adamın həyatına son qoya bilmir?!..

    Öldürüb – yaxşı eləyib!.. Bu millətə bu da azdır!..

    Bu milləti qırmaq lazımdır, özü də kökündən!..

    Yaşasın İlham Əliyev və onun hakimiyyəti!..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button