ƏLİ HƏSƏNOV NƏHAYƏT HƏBSDƏ JURNALİSTLƏRİN OLDUĞUNU ETİRAF ETDİ – VİDEO

Безымянный11.07.2013

Azərbaycan hakimiyyəti mühakimə olunmuş KİV nümayəndələrinin əfv edilməsi məsələsinə baxmır. Bu barədə hakimiyyətin baş ideoloqu Əli Həsənov bu gün jurnalistlərlə söhbətində bildirib.

Lakin o qeyd edib ki, “əgər qurultayda belə fikir səslənərsə, ona baxıla bilər”. “Hazırda bəzi jurnalistlərin və KİV orqanlarının barəsində məhkəmə qərarları var. Hesab edirəm ki, bu məsələni qurultayla bağlamaq lazım deyil. Bu günə qədər mühakimə olunmuş jurnalistlərin əksəriyyəti əfv edilib. Həbsdə olan digər jurnalistlərin də tezliklə azad olunmasını arzu edirəm”, – o vurğulayıb.

Qeyd edək ki, hazırda 7 jurnalist həbsdədir. Jurnalist və hüquq-müdafiə təşkilatları hesab edirlər ki, onlar siyasi motivlərlə həbs olunublar. Onlar Əvəz Zeynallı (“Xural” qəzetinin baş redaktoru), Hilal Məmmədov(“Tolışi sado” qəzetinin baş redaktoru), Fərəməz Allahverdiyev (müstəqil jurnalist), Fuad Hüseynov (Ucardan jurnalist), Nicat Əliyev (dini azadxeber.org saytı), Araz Quliyev (dini xeber44.com saytı), Tofiq Yaqublu (Müsavat Partiyası sədrinin müavini və “Yeni Müsavat” qəzetinin şərhçisi).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button