Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM
Baş nazirin iki müavini – Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları yayılıb. Sərəncamda qeyd olunur:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
Prezidentin imzaladığı daha bir sərəncamda qeyd olunur:
“Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin”.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minib.