Əli Həsənovun əsas media orqanı bağlandı

Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənova məxsus informasiya agentliyi – “Azadinform” fəaliyyətini dayandırıb.

“BakuPost” xəbər verir ki, agentliyin ləğvi dünən axşam kollektivə elan edilib və bu gündən bütün əməkdaşlarla müqavilələrə xitam verilib. Dünən gecədən saytda (“azadinform.az”) heç bir yenilənmə yoxdur.

1999-cu ildən fəaliyyət göstərən “Azadinform” İnformasiya Agentliyi Əli Həsənovun əsas media orqanlarından biri idi. O, vəzifəsindən azad edildikdən sonra nəzarətindəki saytlar fəaliyyətini dayandırmağa başlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button