Əli Həsənovun nəvəsinin məhkəməsi gizli keçirilir

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevin məhkəməsinə jurnalistlərin buraxılmamasına göstəriş verilib.

Qeyd edək ki, ilk iclasda onun hərbi xidmətdə olmaması məsələsi üzə çıxmış, bu məlumat mətbuatda yayılmışdı.

Dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nail Allahverdiyevin mühakiməsi davam etdirilib. Məhkəmənin adı açıq olsa da, faktiki qapalı keçirilib. Prosesdə kənar adamların, o cümlədən jurnalistlərin iştirakı qadağan edilib.

“Mercedes-Geländewagen ” markalı avtomobillə iki nəfərin ölümünə səbəb olan yol qəzasına görə həbs edilmiş Nail Allahverdiyevin işinə Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Dekabrın 1-də bu iş üzrə məhkəmə istintaqı başlanır. Prokuror ittiham aktını elan etməli, ardınca tərəflər – Nail Allahverdiyev və zərərçəkmişlər ifadə verməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button