Rubrikalar: GÜNDƏM XuralTAC

Əli Həşimov borcunu “Lotu Quli”nin məzarı üstündə həyatı ilə ödədi

2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən məzarı üstündə silahlı insidentin baş verdiyi barədə xəbər yayılıb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verib ki, yanvarın 17-də Nadir Səlifovun məzarı önünə gələn iki Azərbaycan vətəndaşı – Əli Həşimovla Kənan adlı şəxs arasındakı dava silahlı insidentlə yekunlaşıb.

Nəticədə tərəflərdən biri – 27 yaşlı Əli Həşimov baş nahiyəsindən güllə xəsarəti alaraq həlak olub.

Onu öldürməkdə şübhəli bilinən 29 yaşlı Kənan adlı şəxs isə polislərə verdiyi açıqlamada Ə.Həşimovla aralarında düşmənçiliyin olduğunu bildirib.

Məlumatda o da qeyd olunub ki, polislər hadisə ilə əlaqədar şübhəli bilinən daha üç nəfəri saxlayıblar.

Kriminal avtoritetin qardaşı Müşfiq Səlifov isə virtualaz.org-a eksklüziv açıqlamasında bildirib ki, Nadir Səlifovun qəbri üzərində atışma yox, intihar hadisəsi baş verib.

Onun sözlərinə görə, Əli Həşimov başqa bir kişi və iki qızla birlikdə kriminal avtoritetin məzarına baş çəkib. Kişilər arasında borca görə mübahisə yaranıb.

Əli Həşimov borcunu həyatı ilə ödəyəcəyini bildirib və daha sonra “Lotu Quli”nin məzarı üstündə özünü güllə ilə vurub.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Baş Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər. Xural.com "Habertürk"ə istinadən…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

“Azərbaycan Hindistanla qarşıdurmada Pakistanı dəstəklədi”

"Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda daha bir televiziya fəalliyətə başladı

Bu gündən Azərbaycanda daha bir internet televiziyası fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, bu "Reallıq TV" internet televiziyasıdır. Televiziyanın rəhbəri tanınmış…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanın tanınmış tarixçi alimi koronavirusdan vəfat edib

Azərbaycanın tanınmış tarixçi alimi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Xural.com “Report”a istinadən xəbər verir ki, o, bu…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Laçın şəhəri: Rusiya sülhməramlılarının nəzarəti altında həyat…

Bir qrup xarici jurnalistlərlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən BBC rus xidmətinin reportyorları Rusiya sülhməramlı kontingentinin məsuliyyət…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Hərbçilərin maaşları məsələsinə yenidən baxıldı, ikiqat və 50 faiz artırıldı

“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi…

3 Mart 2021
Xural.COM