Əli İnsanov Qərb diplomatları ilə görüşüb 

Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanov xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarında bir sıra görüşlər keçirib.

Sabiq nazirin ABŞ-ın, Böyük Britaniyanın Bakıdakı səfirliklərində, Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyində həmin qurumların diplomatları ilə görüşləri olub.

Görüşlər sözügedən diplomatik korpusların binasında baş tutub.

Qeyd edilib ki, Əli İnsanovun bu səpkili görüşləri davam edəcək və Azərbaycanın əsas xarici tərəfdaşları olan ölkələri əhatə edəcək.

Bundan başqa, Əli İnsanovun fəal xarici yazışmalar həyata keçirdiyi, onun həbsindən sonra çıxışlar edərək, onu azadlığa çıxması üçün hakimiyyətə çağırışlar edən xarici siyasətçilərlə, beynəlxalq təşkilatlarla və dünyanın tanınmış elm xadimləri ilə təmaslar qurduğu da məlum olub.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button