Rubrikalar: SİYASƏT XuralTAC

Əli Kərimli Əli Həsənova cavab verdi

Aprelin 23-də rəsmi AZƏRTAC saytında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü” adlı məqaləsi yer alıb.

“Bütün mümkün yüksəklikləri fəth edən Azərbaycanımızı…”

Əli Həsənov əvvəlcə yazıb ki, Azərbaycan iqtidarı xalqa söykənərək özünü tam təmin edən, milli iradəsinə söykənən, dayanıqlı və gündən-günə inkişaf edən bir dövlət qurub: “ Bu mənada, biz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün mümkün yüksəklikləri fəth edən Azərbaycanımızı təkcə vətənimiz olduğuna görə deyil, həm də, sözün əsl mənasında, qüdrətli olduğuna görə sevirik”

Yazıda daha sonra prezidentin köməkçisi müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini tənqid edib.

“Axı onlar iqtidarı nəyə görə tənqid edirlər? Məsələn, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək Formula 1 yarışları “zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə, üçüncü sırada yerləşən Formula 1 səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların “əsəbini tarıma çəkir””, deyə prezidentin köməkçisi yazıb.

“Olduqca qərəzli yanaşmadır”

Əli Həsənovun vurğulamasına görə, bu, özünü siyasətçi adlandıran, partiya rəhbəri hesab edən birisinə yaraşmayan, olduqca qərəzli yanaşmadır.

Onun fikrincə, çox təəssüf ki, bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür:

“Anlamırlar ki, cəmiyyətdəki prosesləri, hadisələri yaxından izləmək imkanına malik və siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız davamlı şəkildə bədbinlik aşılayan, hər şeyi qara rəngdə, öz siyasi maraqlarına uyğun təsvir edən insanların səmimiyyətinə inanmır”.

“Bu otellər də oliqarxlara aiddir”

AXCP sədri Əli Kərimli isə Azadlıq Radiosuna deyib ki, “Formula1” yarışlarının Azərbaycanda keçirilməsinə münasibəti mənfidir:

“Hər il bu yarışlar üzündən 100 minlərlə şəhər sakini həyat ritmini dəyişməli olur, Bakının mərkəzi isə belə yarışlar üçün ümumiyyətlə uyğun deyil”.

Əli Kərimli hesab edir ki, bu yarışlar bəzi hakimiyyət mənsublarına pul qazanmaqdan ötrü lazımdır:

“Burada təkcə kimlərsə pul qazanmır. Bu yarışa gələn xaricilər otellərə pul xərcləyirlər ki, bu otellər də oliqarxlara aiddir. Digər tərəfdən isə bu hesaba büdcədən pullar silinir”, AXCP sədri hesab edir.

“Bu hansı yüksəkliklərdir?”

Əli Kərimli Əli Həsənovun “Prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün mümkün yüksəklikləri fəth edən Azərbaycanımızı” ifadəsinə də diqqət çəkib: “ Bu hansı yüksəkliklərdir? Siyasi məhbus sayına görə Avropa məkanında birinci olmaq, adambaşına düşən səhiyyə xərcinə görə sonuncu yerlərdə qalmaq, media azadlığına görə 166-cı, korrupsiyaya görə 152-ci yerdə olmaq? Azərbaycan 2018-ci il üçün yeganə ölkədir ki, Avropa Şurası barəsində korrupsiya ilə bağlı ayrıca qətnamə qəbul etdi”.

Əli Kərimli iddia edib ki, ölkədə işgəncə siyasətə dönüb, son 20 ildə 3-4 milyon insan ölkəni tərk edib.

Azadlıq radiosu

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının ildönümüdür. "Report" xəbər verir ki, Bakının azad olunmasından 101 il ötür. 1918-ci…

15 Sentyabr 2019 3:09 səhər
  • CƏMİYYƏT
  • XuralTAC

Xırdalanda binaların həyəti satılır-VİDEO

Xırdalan şəhəri 27-ci məhəllə 2B saylı binanın sakini Asif Lətifov mənzilinin qarşısının zəbt olunduğunu bildirib. Mirsahib adlı şəxsin həmin ərazidə…

15 Sentyabr 2019 3:04 səhər
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Abid Şərifovun Avropadaki biznesi-ARAŞDIRMA

Nicat Mahmudov 20 yaşından Londondadır. O, Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid…

15 Sentyabr 2019 2:43 səhər
  • GÜNDƏM
  • XuralTAC

Hüquqşünas İntiqam Əliyevə ofisini geri veriblər

Baş prokurorluq müsadirə etdiyi sənədləri də qaytarıb Baş Prokurorluq tanınmış hüquqşünas İntiqam Əliyevin rəhbərlik etdyi Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisini gözlənilmədən…

15 Sentyabr 2019 1:51 səhər
  • GÜNDƏM
  • XuralTAC

Erməni general: “Paşinyan Ermənistanı məhvə aparır…”

Nikol Paşinyan Ermənistanı müharibəyə aparır və istefa verməlidir. Virtualaz.org xəbər verir ki, belə sensasion bəyanatla Dağlıq Qarabağdan general, “təhlükəsizlik şurasının”…

15 Sentyabr 2019 12:39 səhər
  • ARAŞDIRMA
  • XuralTAC

AKP-nin tənəzzülü: hakim partiya 3 yerə bölünür

Şahin Cəfərli, politoloq   Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyası (AKP) sıralarından istefa verdi. Gözlənilən olsa da, Türkiyə siyasəti üçün…

15 Sentyabr 2019 12:34 səhər
Xural.COM