Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb. Fotonu sosial şəbəkədə partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim paylaşıb. M.İbrahimin yazdığına görə, fotonu təsadüfən əldə edib, yayılmasını Əli Kərimli istəməsə də, o buna təkid edərək yayıb.

Fotodan görünür ki, Əli bəyin alnında böyük yara var, ona 9 tikiş qoyulub. Amma Əli Kərimlinin alnına tikiş qoyulduğu DİN hospitalının rəisi mediaya açıqlamasında bunu təkzib etmişdi. Demişdi ki, AXCP sədrinin alın nayihəsində cızılma qeydə alınıb.

Baş prokuror Zakir Qaralov isə açıqlama verib ki, Əli Kərimli döyülməyib, əksinə 2 polis əməkdaşını yaralayıb, başını da özü polis avtobusuna vurub.

Əli bəyin alnının bu fotosunu yayan Məmməd İbrahim yazıb ki, bunu məhz prokurorluğun və DİN hospitalının belə düşük təkziblərinin acığına edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button