Əli Kərimlinin müavini Cavid Qurbanovun atası haqqında yazdı

cavid_qurbanov_090215

Dünən gec saatlarda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı il 1-ci maliyyə yardımı müsabiqəsinin qaliblərinin siyahısını açıqlayıb. Deputat Azay Quliyevin rəhbərlik etdiyi qurumun açıqladığı siyahı birmənalı qarşılanmayıb. Xüsusilə, deputatların və bəzi tanınmış adamların illərdir eyni qaydada heç bir ciddi iş görmədən aldıqları dövlət vəsaiti vətəndaşların və bəzi ictimai-siyasi xadimlərin qınağına tuş gəlib.

AXCP sədrinin müavini Nurəddin Məmmədli də Azay Quliyevin açıqladığı siyahıya münasibət bildirib. O, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun atası, “”Aşıq Şəmşir” Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Qurbanov Qənbər Şəmşir oğluna ayrılan 10.000 manatlıq layihəni sosial şəbəkələrdəki şərhində belə qiymətləndirib: “Oğlunu vətəndaş kimi tərbiyə edə bilməyən Qəmbər müəllim, yəqin ki, həmin pulla Əli Kərimlinin həyətində şivən qoparanlar desantı hazırlayacaq.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button