Əli Kərimliyə etiraz edən 3 fəal AXCP-dən çıxarıldı

Əli Kərimliyə etiraz edən 3 fəal AXCP-dən çıxarıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) üç nəfər də çıxarılıb.

Savash.org xəbər verir ki, AXCP Nərimanov rayon təşkilatının sabiq funksioneri Ağaşirin Tanrıverdioğlunun APA-ya verdiyi məlumata görə, bu gün Nərimanov rayon təşkilatının Məclisinin növbədənkənar toplantısı keçirilib.

İclasda rayon təşkilatının sədr müavini, AXCP Gənclər Komitəsinin fəalı Dəyanət Babayev, partiya üzvləri Cavid Musazadə və Ehtiram Mehdiyevin partiyadan xaric edilməsi barədə qərar qəbul ediblər.

Qərarın verilməsinə səbəb bu şəxslərin partiya rəhbərliyinin qərarları ilə razılaşmaması, partiya sədri Əli Kərimlinin çıxışlarına etiraz etmələri olub.

A.Tanrıverdioğlu bildirib ki, bu şəxslər AXCP sədrinin göstərişi ilə partiyadan uzaqlaşdırılıblar.

Qeyd edək ki, bir neçə gün öncə A.Tanrıverdioğlu da eyni ittihamla partiyadan uzaqlaşdırılıb.

Ali Məclisin sədri Həsən Kərimov açıqlamasında bu barədə məlumatı olmadığını və rayon təşkilatı Məclisinin keçirilmədiyini bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button