Əli Nağıyev Əli İnsanova hücuma keçdi!

“Martın əvvəlində, Əli İnsanov həbsdən çıxanda mənə sual ünvanladılar. Bildirdilər ki, Əli İnsanov emosional, odlu-alovlu çıxışlar edir. Mən o zaman bildirdim ki, bu yanaşmanı səhv hesab edirəm”.

Xural.com-un məlumatına görə, bunları YAP-ın qurucularından olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev keçmiş həmkarı Əli İnsanovun son bəyanatlarına münasibət bildirərkən deyib. O, bu barədə “Moderator.az” saytına açıqlamasında danışıb.

Ə.Nağıyev Ə.İnsanovun fikirlərini yanlış hesab etdiyini, İlham Əliyevə yönəlik istənilən addımın həm də xalqa, xalqın və dövlətin mənafeyə qarşı yönəldiyini vurğulayıb: “Mən hələ 16 il qabaq bu yolun səhv olduğunu bildirmişəm. Bu gün elə simasızlar var ki, onlar iqtidarın təbliğatını edəndə, bu, iqtidarın əleyhinə işləyir. Çünki cəmiyyət bu insanları simasız insanlar kimi tanıyır. O simasızlardan birini o vaxt mənim də yanıma göndərmişdilər. Mənə deyirdilər ki, sən də bizim tərəfimizə keç. Mən həmin şəxsə sərt cavab verdim, bildirdim ki, məndən Heydər Əliyevə xəyanətkar olmaz”.

Sabiq nazir deyib ki, yaxşıya yaxşı, pisə pis demək lazımdır. Bir adamın hansısa səhvi olubsa, onun yaxşılarını da qaralamağı qəbul etmir: “Mən Əli İnsanova onu deyə bilərəm ki, ay kişi, sən axı savadsız adam deyilsən. Sən bu mübarizəni ömür boyu axıra çatdıra bilməzsən. İkinci bir tərəfdən, bax gör sən kimlərin əlinə oynayırsan. Prezident postuna iddialılar arasında İlham Əliyevin dizinə qədər çatası layiqli bir adam görmürəm. Onların içərisində vicdanı düz, keçmişi təmiz, milləti İ.Əliyevdən çox sevən, millətə İ.Əliyevdən artıq xidmət edən bir adam yoxdur. Nəinki İ.Əliyevdən artıq, İ.Əliyevin dizinə qədər olanını görmürəm.

Elinagiyevveeliinsanov

73-74 yaşın var. Axı sənin Avropada, Amerikada oturan müəllimlərin də gözəl bilir ki, sənin bu potensialın yoxdur. Sən o cılız adamlara xidmət edirsənsə, yalnız İ.Əliyevə deyil, bu xalqa düşmənçilik edirsən. Sən bu millətə düşmənçilik edirsən.

Bu gün Azərbaycanın çox böyük problemi var. İ.Əliyevə qarşı çıxmaq, onun stolunu laxlatmaq, ona zərbə vurmaq Azərbaycana zərbə vurmaqdır. Azərbaycan bir dəqiqənin içində od tutub yana bilər.

Mən bir daha bunları Əli İnsanovun diqqətinə çatdırmaq istəyirəm. Bir daha deyirəm ki, ay kişi, qalan ömrünü balalarına, nəvələrinə sərf elə. Xeyirli işlərlə məşğul ol. Sən bu fəaliyyətinlə bu millətə heç bir xeyir verə bilməyəssən”.

Xatırlatmaq yerinə düşər ki, Əli Nağıyev cəmi 1 ay əvvəl özünəməxsus tərzdə – isterika içində tamam başqa havalar çalırdı… Əli İnsanovu müdafiə edirdi…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button