Rubrikalar: CƏMİYYƏT XuralTAC

Əli Nağıyev Əli İnsanova hücuma keçdi!

“Martın əvvəlində, Əli İnsanov həbsdən çıxanda mənə sual ünvanladılar. Bildirdilər ki, Əli İnsanov emosional, odlu-alovlu çıxışlar edir. Mən o zaman bildirdim ki, bu yanaşmanı səhv hesab edirəm”.

Xural.com-un məlumatına görə, bunları YAP-ın qurucularından olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev keçmiş həmkarı Əli İnsanovun son bəyanatlarına münasibət bildirərkən deyib. O, bu barədə “Moderator.az” saytına açıqlamasında danışıb.

Ə.Nağıyev Ə.İnsanovun fikirlərini yanlış hesab etdiyini, İlham Əliyevə yönəlik istənilən addımın həm də xalqa, xalqın və dövlətin mənafeyə qarşı yönəldiyini vurğulayıb: “Mən hələ 16 il qabaq bu yolun səhv olduğunu bildirmişəm. Bu gün elə simasızlar var ki, onlar iqtidarın təbliğatını edəndə, bu, iqtidarın əleyhinə işləyir. Çünki cəmiyyət bu insanları simasız insanlar kimi tanıyır. O simasızlardan birini o vaxt mənim də yanıma göndərmişdilər. Mənə deyirdilər ki, sən də bizim tərəfimizə keç. Mən həmin şəxsə sərt cavab verdim, bildirdim ki, məndən Heydər Əliyevə xəyanətkar olmaz”.

Sabiq nazir deyib ki, yaxşıya yaxşı, pisə pis demək lazımdır. Bir adamın hansısa səhvi olubsa, onun yaxşılarını da qaralamağı qəbul etmir: “Mən Əli İnsanova onu deyə bilərəm ki, ay kişi, sən axı savadsız adam deyilsən. Sən bu mübarizəni ömür boyu axıra çatdıra bilməzsən. İkinci bir tərəfdən, bax gör sən kimlərin əlinə oynayırsan. Prezident postuna iddialılar arasında İlham Əliyevin dizinə qədər çatası layiqli bir adam görmürəm. Onların içərisində vicdanı düz, keçmişi təmiz, milləti İ.Əliyevdən çox sevən, millətə İ.Əliyevdən artıq xidmət edən bir adam yoxdur. Nəinki İ.Əliyevdən artıq, İ.Əliyevin dizinə qədər olanını görmürəm.

73-74 yaşın var. Axı sənin Avropada, Amerikada oturan müəllimlərin də gözəl bilir ki, sənin bu potensialın yoxdur. Sən o cılız adamlara xidmət edirsənsə, yalnız İ.Əliyevə deyil, bu xalqa düşmənçilik edirsən. Sən bu millətə düşmənçilik edirsən.

Bu gün Azərbaycanın çox böyük problemi var. İ.Əliyevə qarşı çıxmaq, onun stolunu laxlatmaq, ona zərbə vurmaq Azərbaycana zərbə vurmaqdır. Azərbaycan bir dəqiqənin içində od tutub yana bilər.

Mən bir daha bunları Əli İnsanovun diqqətinə çatdırmaq istəyirəm. Bir daha deyirəm ki, ay kişi, qalan ömrünü balalarına, nəvələrinə sərf elə. Xeyirli işlərlə məşğul ol. Sən bu fəaliyyətinlə bu millətə heç bir xeyir verə bilməyəssən”.

Xatırlatmaq yerinə düşər ki, Əli Nağıyev cəmi 1 ay əvvəl özünəməxsus tərzdə – isterika içində tamam başqa havalar çalırdı… Əli İnsanovu müdafiə edirdi…

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Moderator.az saytına qısa müsahibə verib. Müsahibəni xural.com oxucuları üçün təqdim…

8 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Ümid Partiyası seçkilərdə iştirak qərarı verdi-72 namizədlə

Ümid Partiyası 09 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərində iştiraka qərar verdi. 07 dekabr 2019-cu ildə…

7 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada bir ilkə imza atdı

Azərbaycanlı cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada ilkə imza atıblar. Publika.az xəbər verir ki, cərrahlar Mərkəzi Gömrük Xəstəxanasında keçirdikləri eyni…

7 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib

Onlar vəkil Şəhla Hümbətovanın vəkillikdən uzaqlaşdırılmasını pisləyirlər Dörd beynəlxalq təşkilat Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib. Məktubda noyabrın 27-də vəkil, hüquq…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

“Quruluş Osman”ın 3-cü bölümü-VİDEO

Xural.com Osmanlı imperiyasının qurucusu Ərtoğrul Qazi oğlu Osmanın dövləti necə qurmasından bəhs edən "Quruluş Osman" filminin 3-cü bölümünü təqdim edir:…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

TV Musavatda Əvəz Zeynallı-Bəhruz Quliyev debatı-VİDEO

TV Musavatın "Canlı debat" layihəsində ölkə gündəminin müzakirəsi - parlamentin yenidən formalaşması, növbədənkənar parlament seçkiləri, Yeni Azərbaycan Partiyasının (YAP) qərarı,…

6 Dekabr 2019
Xural.COM