Əlillər Milli parkda tədbir keçirdilər-FOTO
Bu gün Azərbaycanda demək olar ki, ilk dəfə olaraq “Fiziki Məhdudiyyətli Şəxslərin Həmrəylik” yürüşü baş tutdu. Fləşmob haqqında tədbirin təşkilatçılardan keçmiş vicdan məhbusu Orxan Danyal Eyyubzadə özünün facebook səhifəsində yazıb. Orxan bəy yazır: “Əvvəldən də müəyyənləşdirildiyi kimi, Dənizkənarı Milli Parkdan “Park Bulvar” istiqamətinə əllərimizdə plakatlarla hərəkət etdik. Yol boyunca həm mövcud problemlərdən, problemlərin həllinin mümkünlüyündən, aidiyyatı orqanların işə layiqincə yanaşmamasından söhbət açdıq. Tədbir iştirakçıları öz təkliflərini müzakirəyə çıxardı və müzakirələr çox məhsuldar keçdi. Qərara alındı ki, bu cür yürüşlər şəhərin və mövcud imkanlar çərçivəsində ölkənin müəyyən yerlərində keçirilsin. “Park Bulvar” istirahət mərkəzində açılan çay süfrəsində davam edən müzakirələr “Tarqovı” parkında davam edən gəzinti ilə sona çatdı. Bir daha iştirak edən, mətbuat dəstəyi verən, Fiziki Məhdud şəxslərin gəlməsini təşkil edən hər kəsə öz təşəkkürümüzü bildiririk.”
xural.com