Əməliyyat olunan Eldar Həsənovdan XƏBƏR VAR

DTX-nin hərbi hospitalında əməliyyat edilən Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri, keçmiş baş prokuror Eldar Həsənov yenidən DTX-nin İstintaq Təcridxanasına qaytarılıb.

Bu barədə sabiq baş prokurorun vəkilləri deyiblər.

Qeyd edək ki, bağırsaq keçməzliyindən əziyyət çəkən Eldar Həsənovun səhhəti ağırlaşdığından bir neçə gün əvvəl onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

Onu da bildirək ki, Eldar Həsənovun cinayət işi üzrə istintaq prosesi yekunlaşıb.

Hazırda vəkilləri ittiham aktı ilə tanış olur.

Qeyd edək ki, Eldar Həsənov Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri ikən şübhəli şəxs qismində ötən il avqustun 13-də DTX əməkdaşları tərəfindən saxlanılıb. Bundan bir neçə gün sonra isə o, səfir vəzifəsindən azad olunub.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) onunla bağlı yaydığı məlumatında deyilir ki, Xarici İşlər Nazirliyində maliyyə yoxlamaları ilə bağlı istintaq gedir və Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Eldar Həsənovun bu ittihamları qəti qəbul etmir.

Xatırladaq ki, 2001-ci ildən səfir kimi fəaliyyətə başladıqdan sonra Azərbaycan Respublikası ilə Rumıniya arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni sahələrdə dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və narkotizm, terrorizm, mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizə aparılmasında böyük töhfələr verib.

Həmçinin E.Həsənov Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri kimi fəaliyyət dövründə Azərbaycan Respublikası ilə bu ölkələr arasında bütün sahələrdə əlaqələr yüksələn xəttlə inkişaf edərək starteji tərəfdaşlıq səviyyəsinə çatdırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button