“Əmrahbank”da Qalina Burlaçukun əlil oğlu üçün yığdığı pulları necə mənimsədilər…
“Əmrahbank”ın “İnvestisiya” filialının dələduzluqda və vəzifə saxtakarlığında ittiham olunan əməkdaşları – Əli Məhərrəmov və İkram Eyvazovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, cinayət işinin başlanmasına Qalina Burlaçukun “Əmrahbank” ASC-nin “İnvestisiya” filialının müdiri Əli Məhərrəmovun qanunsuz hərəkətləri ilə bağlı Nəsimi Rayon Polis İdarsəsinə şikayət ərizəsi ilə müraciət etməsi olub. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq orqanı tərəfindən Ə.Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308-ci (vəzifəsəlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ititham irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ə.Məhərrəmovla yanaşı İkram Eyvazova qarşı da eyni ittihamlar elan olunub. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qalina Burlaçuk
İttihama görə, Ə.Məhərrəmov bir qrup şəxlə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə vətəndaşlara qarşı dələduzluq edib, onlara külli miqdarda ziyan vurub. Vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib.
Ə.Məhərrəmov filialın xəzinədarı İlkin Eyvazovla əlbir olaraq bankın müştərisi,milliyətcə rus olan Qalina Burlaçukun 2006-cı ildən “Əmrahbank”ın “İnvestisiya” filialına pul yerləşdirmək istəyinə dair müraciəti əsasında həmin filialda faizlərin daha çox olmasına inandırıb, onun etibarını qazanıb. Hesaba əmanətin qoyulmasına dair iki nüsxədə müqavilə hazırlayıblar. Pul vəsaitinin guya bankın xəzinəsinə mədaxil edilməsinə dair filialın “ödənilib” ştampı ilə təsdiq etdirib Q.Burlaçuka imzalatdırıblar. Q. Burlaçokla bağlanmış əmanət müqavilələri saxtalaşdırılıb. Ona məxsus 56 min 715 manatı öz aralarında bölməklə Q.Burlaçoka külli miqdarda ziyan vurublar.
Bundan başqa, Ə.Məhərrəmov maliyyə vəziyyətinin ağır olmasını yalandan bildirərək, 2008-ci ildə tanışı Nadir Əmirovdan 2 aya qaytarmaq şərtilə 20 min dollar alıb. Həmin məbləğin “Əmrahbank”a qoyulmasına dair müqavilə təqdim edib. Qeyd olunan məbləği öz şəxsi ehtiyaclarına xərcləyib.
2011-ci ildə dələduzluğa görə mühakimə edilən və şərti cəza alan Ə.Məhərrəmov ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində qəzblərdəki imzaların onun imzalarına bənzədildiyini, həmin qəbzlərə özünün imza atmadığını deyib. Lakin onun bu ifadəsi iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasını rəyi ilə təkzib olunub.
2004-cü ildən 2009-cu ilədək “Əmrahbank”ın “İnvestisiya”filialının müdiri işlədiyini, həmin ərəfədə Q.Burlaçukun banka əmanət şəklində pul yerləşdirilməsi ilə bağlı müqavilə imzalandığını bildirib: “Qalina Burlaçukun adına açılan hesab nömrəsinin digər şəxsin adına da açılmasından məlumatım olmayıb. Qəbzlər,bank sənədlərinin formaları proqram şəklində Baş İdarədən göndərilib”.
Digər dələduzluq faktıba gəlincə isə, Ə.Məhərrəmov deyib ki, Nadir Əmirovu əvvəllər tanıyıb: “Nadir filiala, ümumiyyətlə banka depozit qoymayıb. Onunla bank bünk müqaviləsi bağlanılmayıb. Mən Nadirdən faizə borc pul götürmüşəm. İşdən çıxdıqdan sonra faziləri ödəyə bilməmişəm”.
Sözügedən bankın xəzinədarı İkram Eyvazov da ittihamlarla razılaşmaıyb. O, Q.Burlaçuku Ə.Məhərrəmovun yanına gəlib-getdiyi vaxtlardan tanıdığını deyib: “Onun filialda depozit qoymasından, Əli Məhərrəmovla aralarındakı əmanət müqaviləsindən məlumatım olmayıb. Ondan heç bir məbləğdə pul qəbul etməmişəm. Sənədlərdəki imzalar mənim imzalarıma bənzədilib”.
İ.Eyvazov ifadəsində həmçinin göstərib ki, filiala məxsus möhür həmişə Ə.Məhərrəmovun özündə olub: “ İş vaxtının sonunda bütün ştampları Əli Məhərrəmov götürüb özündə saxlayırdı. Qalina Burlaçuk banka gələndə onu şəxsən özü qəbul edirdi. Sonradan mənə məlum oldu ki, Qalina Burlaçuku aldadaraq ona depozit hesabı açmaq adı ilə aldığı pullara dair saxta müqavilələrə və qəbzlərə imza etdirib. Onun depozitə təqdim etdiyi pulları Əli Məhərrəmov özü alıb. Xəzinadar olaraq hər hansı məbləğdə depozitə qoyulmaq üçün Qalinadan pul almamışam. Ümumiyyətlə, mənə yaxınlaşıb depozitə pul təqdim etməyib. Həmin qəbzlərdən və müqavilələrdən xəbərim olmayıb. Bütün saxta əməliyyatlar Əli Məhərrəmov özü edib”.
Bakıda yaşayan, milliyyətcə rus olan zərərçəkmiş Qalina Burlaçuk ifadəsində göstərib ki, 2006-cı ildən əlində olan pulları hissə-hissə “Əmrahbank” a yerləşdirib. Bankın Nəsimi filialına gələrək, filial müdiri Əli Məhərrəmovun imzası, bankın möhürü və kassa qəbzləri ilə təqdim edilən müqavilələr üzrə 2006-2008-ci illərdə sözügedən filiala depozitlər qoyub. Ona əmanət kitabçası verilib.
Müalicəvi masaj və bioloji aktiv əlavələr satılan firma ilə əmakdaşlıq edən Q.Burlaçok firmanın məhsullarını satmaqla əlil oğluna mənzil almaq niyyətində olub. Lakin ömür boyu zəhmətlə qazandığı pullar mənimsənilib, dələduzluğun qurbanına çevrilib:”Xəstə və əlil oğluma ev alacaqdım. Buna görə də pul toplamaq məqsədilə “Əmrahbank” da depozit hesabı açdırdım. Əldə edilən faizlərlə dəfələrlə maraqlanırdım. Əlimə pul düşən kimi aparıb depozitə qoyurdum”.
Təxminən, 2006-cı ildə növbəti dəfə “Əmrahbank”ın baş ofisində olarkən Ə.Məhərrəmov Q.Burlaçuka yaxınlaşaraq adıçəkilən bankın “İnvesisiya” filialının müdiri olduğunu, depozit hesabına təklif edilən faizlərin baş ofisdəkindən çox olduğuna inandırıb və onu filiala dəvət edib: “Məni hörmətlə qarşıladı. Əvvəlcə “İnvestisiya” filialına 7 min dollar depozit qoydum. Həmin vaxt müqavildə illik 18% nəzərdə tutlulurdu. 7 min dolların illik 18% -i 1260 dollar edirdi. Əli Məhərrəmov 6 aylıq faiz gəlirini mənə təqdim etdikdən sonra “Əmrahbank”ən baş ofisindəki depozit hesabımda olan 20 min dolları oradan götürdüm, evdə saxladığım 5 min dollarla birlikdə “İnvestisiya” filialına depozit qoydum”.
Q.Burlaçuk ifadəsinə görə, müqavilə bağlanılıb, Ə.Məhərrəmov ona filialın ştampı ilə təsdiq edilmiş mədaxil qəbzləri verib. 11 illik müqavilə əsasında ümumilikdə banka 43 min dollar və 20 min 500 manat depozit yerləşdirib. Hər dəfə banka gedəndə Ə.Məhərrəmov öz işçilərinə onu filialın “VİP” müştərisi kimi təqdim edib. Ondan pulu qəbul etdikdən sonra işçilərini, o cümlədən İ.Eyvazovu otağına çağırıb pulun kassaya verilməsini və depozitin rəsmiləşdirilməsini tələb edib: “Hər dəfə mənə faizlərin qəbul edilməsi qəbzlərinə qol çəkdirirdi. Lakin mən o faiz pullarını əks etdirən qəbzləri götürmürdüm. Deyirdi ki, faizləri müqavilə ilə yerləşdirilən pulun üzərinə əlavə edəcək. Mən də inanırdım”.
Növbəti dəfə banka depozit qoymaq istəyəndə Ə.Məhərrəmov axşam saatları olduğu deyib və Q.Burlaçukdan əmanət kitabçalarını alıb, lazımi sənədləri əlavə edəcəyini, ertəsi gün qaytaracağını bildirib. Lakin səhərisi gün filiala gələndə məlum olub ki, filal bağlanıb, Ə.Məhərrəmov isə həbs edilib. Belə olan təqdirdə əmanətçi qadın baş ofisə gedərək pulunu götürmək istədiyini söyləyib. Baş ofisdə ona depozit hesabının yoxlanması üçün vaxt tələb olunduğu bildirilib. Bütün lazımi sənədləri toplayıb banka təqdim edən Q.Burlaçoka bildirilib ki, onun adına heç bir depozit yoxdur.
Əlil övladına mənzil almaq ümidi ilə illərlə topladığı vəsaitin “yoxa çıxması”ndan təşvişə düşən qadın hüquqlarını müdafiəsi üçün nümayəndə axtarıb. Q.Burlaçokun qara günləri də bundan sonra başlayıb. Qonşuların məsləhəti ilə Mehdi Əhmədov adlı hüquqşünası tapıb, onun ofisinə gedib, başına gələnləri danışıb,hüquqi yardım göstərməsini xahiş edib: “Mehdi müəllim dedi ki, pullarımın geri qaytarılmasında mənə yardım edəcək. Mən də pulların geri qaytarılacağı təqdirdə ona 3-5 min dollar verəcəyimi dedim. Lakin məndən 15 min dollar istədi. Razılaşdım. Notariat kontorunda etibarnamə hazırladıb baş ofisə getdik”.
Baş ofisdə Q.Burlaçokun adına 20 min dollar depozit olduğu bildirilib. M.Əhmədov ona narahat olmamağı, işi onun xeyrinə həll edəcəyini vəd edib. Həmin ərəfədə həbsdən azad edilən Ə.Məhərrəmovla görüşən Q.Burlaçok ondan pullarını geri qaytarmasını tələb edib. Ə.Məhərrəmov isə öz növbəsində ona M.Əhmədovun onun mülkiyyətini ələ keçirmək istədiyini bildirib. Bu səbəbdən də Q.Burlaçok M.Əhmədova verdiyi etibarnaməni ləğv etdirib və başqa nümayəndənin iştirakı ilə mülki qaydada məhkəməyə müraciət edib. İlkin məhkəmə prosesi onun xeyrinə qərar çıxarsa da, sonradan məhkəmə qərarları və iddiaları təmin olunmayıb. Q.Burlaçok bu günə qədər də filiala qoyduğu pulları nə Ə.Məhərrəmovdan, nə də bankdan geri ala bilməyib.
Xatıladaq ki, bu ilin əvvəllərində “Əmrahbank”ın lisenziyası Mərkəzi Bank tərəfindən alınıb. Bu qərar bankın müflis vəziyyətdə olması ilə əsaslandırılıb.
İnarə Rafiqqızı