Ərəstun Orucluya qarşı təyziqlər başladı

Ərəstun Oruclu

Şəmkir polisi hüquq-müdafiəçisinin ailəsinə təzyiqlər edir

 Şəmkir rayon polis şöbəsi Almaniyanın Nauman Fridrix Fondunun Azərbaycan təmsilçisi Ərəstun Oruclunun ailəsi. valideynləri, qohum-əqrəbası ilə maraqlanmağa başlayıb. Bu haqda Turana Ə.Oruslu özü bildirib. Belə ki, rayon polis şöbəsinin Eldəniz Yusifov adlı zabiti oktyabrın 7-də Ə.Oruclunun qayınatasının evinə gəlib, amma axtardığı şəxsi tapmayıb. Polis şöbəsinin rəis müavini İmaməddin Mehdiyevin tapşırığı ilə zabit oktyabrın 8-i səhər saatlarında təkrar gəlib. Ə.Oruclunun valideynləri, qohum-əqrəbası, övladları haqda informasiya toplamağa başlayıb. Polis əməkdaşına Ə.Oruclunun neçə illərdir vəfat etməsi bildirilib. Polis zabiti isə bu sorğulara səbəb kimi bu nəsildən olan kiminsə polisə işə götürülməsi və s. göstərib.

Ə.Oruclu bütün sorğuları qanunsuz adlandırıb, özünə qarşı təhdid kimi dəyərləndirib. “Mənim övladlarım Şəmkirdə doğulmayıblar, orada yaşamayıblar və qeydiyyatda deyillər, hazırda oğlum Amerikada təhsil alır.Bu halda mənim övladımla marqalanmaq polisin nəyinə lazımdır?”-deyə Ə.Oruclu sual dolu mövqe ifadə edib. Daha sonra Ə.Oruclu bu faktla bağlı daxili işlər naiziri Ramil Usubova məsələni araşdırması müraciəti edib. “DİN mətbuat xidməti “informasiyanın yalan olduğu”nu deməməsi üçün bu başdan əlimdə bununla bağlı jiddi faktlar olduğunu bildirirəm”-deyə Ə.Oruclu informasiyasının etibarlı olduğunu DİN-in diqqətinə çatdırırb.

Ə.Oruclu baş verənləri ictimai fəaliyyətilə bağlı həədlənməsi adlandıraraq bu üsula əl atanları bundan çəkinməyə çağırıb. Eyni zamanda Ə.Oruclu bundan sonra yaxınları ilə bağlı baş verə biləcək hər hansı xoşagəlməz hadisəni təsadüfi saymayacağı möveyi bildirib. Daha sonra Ə.Oruclu analoji hadisənin keçən ilin noyabrında baş verdiyini, o zaman polisin F.Nauman Fondunun Bakı ofisinin fəaliyyətinin qanuniliyi ilə marqalandığını xatırladıb. “Bundan əlavə sosial şəbəkədəki dostlarıma mənə qarşı təxribat hazırlanması haqda xəbərlər ötürülür ki, bu da təsadüfi deyil”-deyə Ə.Oruclu qeyd edib. İki il öncə avtomobil qəzası təxribatı hazırlandığını deyən Ə.Oruclu bu faktla bağlı dövlət başçısına müraciət etsə də indiyə kimi hər hansı cavab ala bilməməsinə diqqət çəkib.

“Kimin mənə sözü və mənimlə problemi varsa mənə desin, mənimlə həll etsin, qohum-əqrəbanı, xüsusıən övladlarımı bu işə qatmasın”deyə Ə.Oruclu həmin şəxslərə mesaj göndərib. Son olaraq Ə.Oruclu hadisə barəsində F.Nauman Fondunun rəhbərliyinə, fond rəhbərliyini də Almaniya dövlətinə, fondun Avropa təmsilçilərinə məlumat çatdırıldığını qeyd edib.

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button