Əraqçi Bakıya gəldi – niyə?!

İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi bir neçə dəqiqə əvvəl Azərbaycan Respublikasının paytaxtı Bakıya gəlib.

Strateq.az İRNA-ya istinadla xəbər verir ki, onu Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.

İran nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının rəsmiləri ilə görüşü regional məsələləri, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə edəcək.

İran xarici işlər naziri müavininin regional turne çərçivəsində Ermənistan, Türkiyə və Rusiyaya da səfəri planlaşdırılır.

Onun gəlişindən əvvəl İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi Əraqçinin İran İslam Respublikası Prezidentinin xüsusi elçisi olaraq bu axşam nümayəndə heyətinin rəhbəri kimi Bakıya səfər edəcəyini bildirib.

Musəvi tvitində yazıb: “İkitərəfli münasibətlərdəki son inkişaflar, bölgədə davam edən münaqişə, İranın münaqişənin həlli təşəbbüsü və digər məsələləri Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə müzakirə edilməsi planlaşdırılır”.

XİN-in sözçüsü Səid Xətibzadə də bu gün keçirilən brifinqdə səfərin anonsunu vermişdi.

XİN rəhbərinin müavini Əraqçi Azərbaycana gəlməzdən əvvəl Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin sərhəd bölgələrinə səfər edib.

“İranın Dağlıq Qarabağ münaqişəsinin daimi həlli üçün hazırladığı layihə bu gün və ya sabah təqdim olunacaq”.  Bunu bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə parlamentinin Xarici siyasət və milli təhlükəsizlik Komissiyasında Dağlıq Qarabağla bağlı keçirilən müzakirələrdə deyib.

XİN başçısı bildirib ki, onun müavini Azərbaycan-Ermənistan münaqişə bölgəsinə baxış üçün Şərqi Azərbaycan əyalətinə səfər edib, Xudafərin səddinə baxış keçirir və o, daha sonra Bakı, Moskva, İrəvan və Ankaraya səfər edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button