Ərdoğan: “Bu səhər İlham Əliyevlə danışdım”

“Azərbaycanlı qardaşlarımız bu mübarizədən qalib çıxacaqlar”.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Kayseri şəhərində çıxış zamanı deyib. O, çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub, bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib.

Bundan əlavə Ərdoğan çıxışında Minsk qrupunu münaqişənin həlli yolunda fəaliyyətsizlikdə və Azərbaycana qarşı ikili standartlarda günahlandırıb.

“Bu səhər İlham Əliyev qardaşımla danışdıq. Azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlara doğru addımlayırlar. Əzmin və imanın əlindən heç nə qaça bilməz. Minsk qrupunda yer alırsınız. İndiyə kimi nə etdiniz? Azərbaycan torpaqlarını işğaldan azad etdiniz mi? Siz sadəcə ermənilərə silah göndərirsiniz və bununla sülh yaradacağınızı düşünürsünüz. Edə bilməzsiniz, çünki dürüst deyilsiniz. Dünən evi bombalanan Nigar qızımızı izlədim. Nigar qızımız oradakı çətinliklərdən gözyaşları içində danışırdı. İnşallah onları göz yaşları içində qoymayacağıq. Qardaşlarımız bu mübarizədən qalib çıxacaqlar. Azərbaycanlı qardaşlarımız qətlə yetirilərkən gözləri, dilləri bağlı və qulaqları kar olanlar var idi. “Döyüşlər dayandırılsın” ifadəsi ən böyük ikiüzlülük nümunəsidir. 2 dövlət və 1 millət olduğumuz Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi uğrunda mübarizəsinə hər cür dəstəyi verməyə davam edəcəyik”,-deyə Ərdoğan qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button