Ərdoğan Gürcüstana səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ilin yazında Gürcüstana səfər edəcək.

Bu barədə dövlət başçısı Gürcüstan baş naziri Giorgi Qaxariya ilə birgə mətbuat konfransı zamanı bildirib.

Həmçinin gələn ay iqtisadiyyat nazirlərinin sədrliyi ilə hökumətlərarası komissiyaların iclaslarını keçirməklə bağlı razılığa gəldikləri də qeyd olunub.

Qeyd edək ki, R.T.Ərdoğan son dəfə Gürcüstana 2010-cu ildə, baş nazir olarkən işgüzar səfər etmişdi.

 

Report

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button