Ərdoğan Kılıçdaroğluna 2 milyonluq dava açdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğluna 2 milyon lirə (təxminən 870 min manat) təzminat davası açıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin vəkili Əhməd Özəl məlumat yayıb.

Onun sözlərinə görə, CHP lideri Kamal Kılıçdaroğlu bu gün qəzetlərdən birində Ərdoğan və ailə üzvlərinə ünvanlanan yalan və böhtan dolu sözlərlə çıxış edib.

“Göründüyü kimi, bütün haqsız əməllərinə görə məhkəmələr tərəfindən milyonlarla kompensasiya ilə cəzalandırılsa da, yalanlarına davam etməkdədir”, – Əhməd Özəl deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button