“Ərdoğan Liviyanın sultanıdır”-Fransa qəzeti Türkiyənin Liviyadakı uğurlarını bu sözlərlə ifadə etdi

“2011-ci ildə, Qəzzafinin yıxılmasından bu yana Liviyada ziddiyətlər daha da dərinləşib. Ötən ildən bəri hər kəs Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Fransanın dəstəyini qazanan general Xəftərin paytaxt Tripolini ələ keçiricəyi və BMT tərəfindən tanınan, Fayez Sərrac idarəçiliyi altındakı hökuməti devirəcəyini düşünür, günləri sayırdı. Lakin vəziyyət indi tamam dəyişib”.

Xural.com xəbər verir ki, bu sözlər Fransanın “Le Figaro” qəzetinin analitiki Jan-Mark Qonenin yazısında yer alıb.

Qeyd etmək lazımdır ki, qəzet Türkiyə və onun lideri Rəcəp Tayyip Ərdoğana qarşı xüsusi qərəzli mövqeyi ilə seçilir.

“2020-ci ilin iyunundan bu yana Liviyada kəskin dönüş müaşhidə olunur. Xəftər demək olar ki, bütün qazandıqlarını və aldığı əraziləri itirib. Hadisələrin belə gedişatı isə Türkiyə prezidentinin sayəsinə mümkün olub. Türkiyə Fayez Sərraca öz hərbi ekspertlərini, zabitlərini, habelə Suriyada döyüşən tərəfdarlarını köməyə göndərərək və Liviya ordusunu silahla təmin edərək situasiyanı kökündən dəyişdirməyə müvəffəq olub. Artıq Ərdoğan bu dövləin gələcəyi ilə bağlı qərarlar verə biləcək bir adama çevrilib”,-deyə məqalədə yazılıb.

Müəllif Türkiyə hökumətinin koronavirusla mübarizə siyasətinə diqqət çəkərək, rəsmi Ankaranın bu yöndə ciddi uğurlar qazandığını etiraf edib:

“Rəcəp Tayyip Ərdoğan xarici siyasətdəki müvəffəqiyyətlərinə COVİD-19 üzərindəki qələbəni də əlavə edə bilər. 83 milyonluq əhali ilə həm yoluxanların, həm də ölüm sayına görə Türkiyənin İspaniya, İtaliya və Fransadan daha az dağıntılarla bu fəlakətin öhdəsindən gəldiyini söyləmək mümkündür. Türkiyə rəsmiləri dünyada bu cür templə yayıla bilən bir xəstəliklə üz-üzə gəlmələrinə rəğmən səhiyyə sahəsində yüksək səviyyəli effektivlik nümayiş etdirdilər. Elə ilk günlərdən 65 yaş üzərindəki və 20 yaş altındakı insanların küçəyə çıxmaq qadağasının gətirilməsi bunun əyani sübutudur”.

Jan-Mark Qonen hazırda Türkiyənin normal həyata keçid dövrünü yaşadığını, lakin hakimiyyətin ehtiyat tədbirlərini əldən buraxmadığını qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button