Ərdoğanın ittihamlarına Peskov cavab verdi-Putin susur

“Kreml Türkiyə prezidenti Ərdoğanın “Rusiya, Suriya üzrə Soçi razılaşmasına əməl etmir” ittihamını inkar edir. Bütün öhdəliklər yerinə yetirilir” – deyə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib.

Onun sözlərinə görə, Ankara ilə İdlib zonası üzrə razılaşmaya əməl olunur. Ancaq Peskov bildirib ki, “biz, təəssüf hissi ilə təsdiqləyirik ki, orada vəziyyət yaxşı deyil”.

O, izah edib: “Bu rayon hələ də böyük sayda terrorçuların cəmləşdiyi yer olaraq qalır, daim Suriya ordusuna yönəlik hücumlar həyata keçirilir”.

Məlumat üçün bildirək ki, bundan əvvəl Ərdoğan bəyan etmişdi – Rusiya hazırda Suriyanın İdlib əyaləiində tənzimləmə üzrə Astana və Soçi razılaşmaları ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button