Ərzaq səbəti 50%, minimum əmək haqqı 10% artıb

Rövşən Ağayev

Hər hansı alternativ mənbədən istifadə etmədən, yalnız Statistika Komitəsinə məxsus informasiyalar əsasında aparılan kiçik bir hesablamanın nəticələri…

Əhalinin gündəlik istehlakında əsas yer tutan 25 qida növündən (un və un məmulatları, kərə yağı və bitki yağı, qoyun, toyuq və mal əti, çay, duz, meyvə, tərəvəz və s.) ibarət ərzaq səbətinin dəyəri 2014-cü ilin dekabr ayında 95 manat olub. 2017-ci ilin oktyabrında eyni səbətin dəyəri 143 manata yüksəlub. Hətta rəsmi rəqəmlərə görə, 2 devalvasiyanın baş verdiyi son 3 ilə yaxın dövrdə ərzaq səbətinin dəyəri 50% bahalanıb.
Yenə rəsmi statistikaya görə, bu müddətdə minimum əmək haqqı cəmi 10% artıb (105 mantdan 116 manata)
Nominal orta əmək haqqı 18% artıb (445 manatdan 525 manata)
Pensiyaların minimum məbləği 10% artıb (100 manatdan 110 manata)
Pensiyaların orta məbləği 15% artıb (170 manatdan 195 manata).
3 ilin yekunlarına görə, ölkədə ərzaq inflyasiyası 50% ətrafındadı, amma nominal gəlirlərin orta artım tempi 20%-dən də az. Yəni qiymətlər gəlirlərdən təxminən 2.5 dəfə sürətlə artıb.
Nəzəri baxımdan belə vəziyyətdə yoxsulluq səviyyəsinin kəskin artımı da qaçılmazdır, amma bizdə rəsmi yoxsulluq səviyyəsi dəyişmir – cəmi 5%.
Halbuki qiymət və gəlirlərin artım tempi və nisbəti baxımından bizimlə oxşar durumda olan Rusiya hökuməti son 3 ildə yoxsulluğun səviyyəsinin 12%-dən 20%-dək yüksldiyini rəsmi olaraq bəyan edib…
İndi təsəvvür edin ki, ölkədə qiymətləri və gəlirləri ölçən alternativ hesablamalar olsa, hansı mənzərə ortaya çıxar…(azadlıq.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button