Əsirlikdə olan əsgər Firuz Fərəcovdan xəbər var

Fərəcov Firuz01.07.2013

Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndələri Firuz Fərəcovla görüşüb

Azərbaycan Ordusunun erməni əsirliyində olan əsgəri Fərəcov Firuz Mirzə oğluna baş çəkən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndələri əsirə onun ailəsindən məlumatlar çatdırıb və ondan da ailəsi üçün məlumat alıblar.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə iyunun 28-də baş tutub.

Xatırladaq ki, 1992-ci il təvəllüdlü əsgər Fərəcov Firuz Mirzə oğlu ötən ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələri tərəfindən əsir götürülüb.

Artıq Fərəcovun göndərdiyi məlumat onun valideynlərinə çatdırılıb. Əsirin məlumatı şifahi və ya yazılı formada göndərdiyi barədə hələlik heç bir məlumat verilmir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button