Əvəz Zeynallı: Baş Prokurorluğun xəbərdarlığı ilə qəti razı deyiləm
Bu gün Xural Qəzetinin və eyni adlı saytın baş redaktoru Əvəz Zeynallı Azərbaycan Respublikası Baş Prokurorluğuna dəvət olunub.
O, bu barədə öz feysbuk profilində məlumat verərək bildirib ki, baş prokurorluğa dəvət olunmasının səbəbi məhz Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevdən aldığı müsahibə əsnasındadır.
Bu gün 17:30 da Baş Prokurorluğa dəvət olunan Əvəz Zeynallı artıq prokurorluqdan çıxıb.
Xural Qəzetinin baş redaktoru Əvəz Zeynallı bu barədə “Monitor”- a açıqlamasında qeyd edib ki, ona edilən xəbərdarlıqla razı deyil: “Mən Baş Prokurorluqdan mənə edilən xəbərdarlıqla qəti razı deyiləm. Keçən dəfə də çağrıldığımda onların dedikləri ilə razı olmamışdım və heç bir xəbərdarlığa imza atmamışdım, bu dəfə də. Onlar da protokollaşdırdılar və imzalamadığımı qeyd etdilər”
Əvəz Zeynallı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Mehman Əliyev haqqında verdiyi müsahibəsinə də münasibət bildirib: “Mən hörmətli Əli Həsənovun fikirləri ilə də qəti razı deyiləm. Əgər söz azadlığı, media azadlığı varsa, biz öz fikirlərimizi söyləmişik və buna görə də heç bir qayda pozuntusundan söhbət gedə bilməz. Hər hansı bir yazarın, hər hansı bir redaktorun, hər hansısa bir jurnalistin fikirlərinə elə münasibət bəsləmək olmaz”