Əvəz Zeynallı Elşad Abdullayevə müraciət etdi

03.10.2012

“Mətbuat Şurasının rəhbərlərinə nə qədər pul vermisiniz?”

ABU-nun sabiq rektoru Elşad Abdullayevin sabiq deputat Gülər Əhmədova haqqındakı video çarxı Azərbaycan siyasətini silkələdi və deputat haqqında cinayət işi açıldı. Sabiq deputatın şəri ilə həbs olunan “Xural” qəzetinin baş redaktoru  Əvəz Zeynallı isə hələ məhkəmə savaşındadır.

Əvəz Zeynallı oktyabrın 2-də keçirilən məhkəmədə Elşad Abdullayevə müraciət etdi:

”İndi sizi müdafiə edən, ən azından səsinizi cəmiyyətə çatdıran müstəqil və azad mediadır. Bir zamanlar dəstəklədiyiniz və sizi dəstəkləyən media isə indi haqqınızda hər cür hədyanlar yazır. Gülər Əhmədova ilə siyasətin iç camaşırlarını gördük, indi də mətbuatı göstərin.

Xüsusilə Mətbuat Şurasının rəhbərliyinə nə qədər pul vermisiniz?

Onlar müstəqil qəzetləri neçəyə “qara siyahı” ya salırlar?

Hansı baş redaktorar sizdən susmaq üçün pul alıblar?

Buyurun, müstəqil mətbuata töhfənizi verin. Unutmayın ki, iqtidarın dəstəklədiyi həmin mətbuat elə bütün cinayətlərin gizlədildiyi qara pərdədən başqa bir şey deyil”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button