Rubrikalar: GÜNDƏM MANŞET XuralTAC

Əvəz Zeynallı: “İddia bütünlüklə geri götürülməlidir”-MƏHKƏMƏ&FOTO

Dünən Binəqədi rayon məhkəməsində ADU-nun rektoru Kamal Abdullanın “Xural” qəzetinə və keçmiş əməkdaşlarına qarşı qaldırdığı məhkəmə iddiasına baxılıb. Məhkəmə iddiası “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Binəqədi rayon məhkəməsinə qarşı etiraz vəsatəti səbəbi ilə təxirə salınıb. Vəsatət rədd olunsa da, Əvəz Zeynallı və digər cavabdehlərin vəkili Elçin Sadıqov qərardan Apellyasiya məhkəməsinə şikayət edəcəyi üçün məhkəmənin növbəti prosesi avqustun 27-si, saat 15.00-a təxirə salınıb. Xural.com Əvəz Zeynallının məhkəmə prosesi haqqındakı statusunu təqdim edir:

Dünən Kamal Abdulla ilə Binəqədi rayon məhkəməsində hazırlıq iclası keçirildi. Əvvəlki iclasdan fərqli olaraq bu iclas sakit keçdi. Prosesi başlayan hakim Emin Əliyev tərəflərə müraciət edib vəsatətləri olub-olmadığını soruşdu. Qarşı tərəfin vəkili iddiada qismən dəyişiklik etdiklərini, iddianın maddi təzminat hissəsini geri götürdüklərini dedi.

Beləliklə, məlum oldu ki, məndən tələb olunan 10.000, Vusala Aghabeylidən tələb olunan 5.000, Parvin Mursalovadan tələb olunan 3.000 və Elmira Baxşəliyevadan istənən 3.000 AZN-dən imtina olunub. Amma iddianın təkzib və üzr istəmək hissəsi öz qüvvədində qalıb. Sonra mən vəsatətlərimi təqdim etdim. Belə minnətli imtinanı qəbul etmədiyimi, ərizədən tam imtina olunmalı olduğunu dedim. Zatən mənim kimsəyə ödənəcək 1 manatımın belə olmadığını dəfələrlə mediada demişdim. Eyni zamanda ilk iclasda apardığı tərəfli və ədalətsiz prosesə hakim Emin Əliyevə etiraz etdim. Bizi cəzalandırmaqla hədələyən hakim, nədənsə qarşı tərəfin qoçuluq edən vəkilinə heç bir söz deyə bilməmişdi. Hakim vəsatətimi yazılı olmadığı üçün qəbul etmədi. Gələn prosesdə vəsatətim yazılı olacaq.
Başqa bir vəsatətim Binəqədi rayon məhkəməsinə etiraz oldu. Məhkəmənin sədri Araz Kazımovun ADU rektoru Kamal Abdulla ilə özəl dostluq münasibətlərinin olduğunu, A.Kazımovun atasının K.Abdulla ilə uzun müddət bir yerdə işlədiyini və onun dəfn mərasiminin ADU-dan götürüldüyünü qeyd etdim. Zatən vəkil də etiraf etmişdi ki, məhz “Xural” qəzetinin ünvanının bu rayonda yerləşdiyinə görə, Binəqədi rayon məhkəməsini seçiblər. Beləliklə, hakim vəsatəti rədd etdi, amma qərardan Apellyasiya şikayəti verəcəyimiz üçün prosesi 27 avqust 2019-cu il, saat 15.00-a təxirə saldı.


K.Abdullanın vəkili zalda özünü normal aparsa da, bayırda jurnalist kameralarına yenə ötən prosesdəki kimi cavablar verib. İrəli-geri danışıb. Olsun, mən Vəkillər Kollegiyasının və sədr Anar Baghirovun reaksiyasını gözləyirəm. Zatən vəkil haqqında da vəsatətim var, o da növbəti prosesdə təqdim olunacaq.
Presesdə iştirak edən çoxsaylı müstəqil media nümayəndələrinə, hüquq müdafiəçiləri Novella Jafarovaya, Arzu Abdullayevaya, Elchin Mammadə təşəkkür edirəm. Kanal13-ün (Aziz QarashogluLamiye Orucovaya) və Reaksiya TV-nin (Zaur GariboghluArzu Gojaoghlu) rəhbərliyinə və əməkdaşlarına, Azerfeedoma və Gulnaz Qanbarliyə, AzelTV və Sevinc Sadıqovaya, Elmidar Aliyevə və digər çoxsaylı həmkarlarıma təşəkkür edirəm. Mən bilirəm ki, K.Abdulla və onun tanrıtanımaz vəkilinin qarşısını almağa və onları geri addım atmağa bu müstəqil media və həssas ictimai qınaq səbəb oldu. Minnətdaram. Gücümüz həmrəyliyimizdədir.
Hörmətli Kamal Abdullaya isə bir daha səslənirəm ki, ziyalı adına uyğun hərəkət edib bütün iddia ərizəsini geri götürsün və əməkdaşları ilə arasında baş verən buzları əritsin. Belə daha gözəl və rahat olar…”

Xural.com

Paylaş:

Son Əlavələr

  • CƏMİYYƏT
  • SİYASƏT
  • XuralTAC

AMİP 11 dairə üzrə namizədlərini müəyyənləşdirdi-SİYAHI

Bu gün AMİP Siyasi Şurasının iclası keçirilib. Partiyadan Strateq.az-a verilən məlumata görə, iclasda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası…

15 Dekabr 2019
  • ARAŞDIRMA
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

Sevil Nuriyeva yazır: “Bir-birinə oxşayan İran və İsrail”

Sevil Nuriyeva İsmayılov snuriyeva@stargazete.com İstanbul, “Star” qəzeti   İsrail Savunma Bakanı Bennett, İran'a atıfta bulunarak "savunmadan, saldırıya geçmemiz icap eder"…

15 Dekabr 2019
  • SİYASƏT
  • XuralTAC

MSK BAXCP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb-Adlar

Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə…

15 Dekabr 2019
  • SİYASƏT
  • XuralTAC

Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələri qeydə alındı-MSK-dan qərar

Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak üçün Böyük Quruluş Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə…

15 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

“Üçüncü mikrorayon bazarı” yandı

Hazırda yanğınsöndürmə işləri davam etdirilir Dekabrın 14-də paytaxtın Nəsimi rayonundakı “3-cü mikrorayon bazarı”nda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata…

15 Dekabr 2019
  • CƏMİYYƏT
  • SİYASƏT
  • XuralTAC

AMİP seçkilərə gedir, Azad Demokratlar isə yox

Partiyanın Ali Məcliai seçkilərdə iştirakı məqsədəuyğun saymayıb Dekabrın 14-də iki partiya gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı qərarlarını aşçqlayıb.…

15 Dekabr 2019
Xural.COM