Əvəz Zeynallı: Mənə İlham Əliyevin göstərişi ilə təzyiq göstərilir

 29 Oktyabr 2011

Contact.az 

13:49

Deputat Gülər Əhmədovadan pul tələb etmək ittihamı ilə həbs olunmuş “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı həbsindən bir qədər əvvəl obyektiv.tv-yə müsahibə verib.

Qəzetə qarşı onlarla şəxs məhkəmə iddiası qaldırıb. Onlar arasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov və başqaları var. Onlar qəzeti şərəf və ləyaqəti təhqir etməkdə ittiham ediblər. Lakin əslində qəzetə basqılar siyasi sifarişlə bağlıdır və bunun arxasında şəxsən ölkə prezidenti durur, Əvəz Zeynallı belə hesab edir.

Oktyabrın 19-da Nərimanov rayon məhkəməsinin icraçıları redaksiyanın əmlakını siyahıya aldılar və elə həmin gün 9 kompüter, diktofonlar, iş masaları, oturacaqları və hətta divar şəkillərini müsadirə ediblər.

Əmlakın həbsi Ramiz Mehdiyevin xeyrinə cərimə (10 min manat) ödənməsi üçün həyata keçirilib. Əməliyyata əlavə qüvvələr də cəlb edilib və ümumilikdə 35 nəfər iştirak edib.

Zeynallının sözlərinə görə, nə Mətbuat Şurası, nə digər jurnalist təşkilatları redaksiyanın maraqlarını müdafiə etmək istəmirlər. Əksinə, onun adını “reketlər siyahısına” salırlar. Hüquq-mühafizə orqanları mahiyyəti üzrə araşdırma aparmaq yerinə, məqalə müəlliflərindən informasiya mənbələrini öyrənməyə çalışırlar.

Zeynallı hesab edir ki, ona və qəzetə təzyiqin əsas katalizatoru dövlət başçısı İlham Əliyevin beynəlxalq Əl-Cəzirə telekanalına müsahibəsinin tənqidi təhlilidir.

Videonu aşağıdakı linkdən izləyə bilərsiniz.

http://www.youtube.com/watch?v=qboc9d-8qIc&feature=player_embedded#!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button