Əvəz Zeynallı müqəddəs torpaqlardan Elxan Şükürlünü təbrik etdi

ELXAN ŞÜKÜRLÜ-42

Hazırda İraqda səfərdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlüyə ad günü münasibətilə təbrik yazıb. Xural.com saytı həmin yazını təqdim edir:

“Əziz qardaşım Elxan Şükürlünün ad günüdür bu gün. O, mənim nəzərlərimdə hər zaman belə – at belindədir. Etibarlı, sədaqətli, vəfalıdır. Ona bel bağlamaq, arxa çevirmək olar. Elxan heç bir halda, heç bir şərtlərdə adama arxa çevirməz, adamı tək qoymaz. Ədalətsizlik etməz Elxan Şükürlü, haqsızlıq etməz. Onun Vətən və dost sevgisi əbədidir…
Bu günlərim qarışıq hisslərlə doludur. Müqəddəs torpaqlardayam. Bəşəriyyətin haqq yolunda canını qurban edən övliyalarının hüzurunda, onlarla dərdləşmədəyəm. Böyük Hz Əlinin, onun insanlığa yol göstərən mübarək balalarının yanında da Azərbaycan və dostlar haqqında düşüncələrdəyəm. İmam Hüseyndən, Hz Əbəlfəz ağadan, İmam Museyi Kazımdan, İmam Əliyyən Nagidən, İmam Məhəmməd Tagidən, İmam Mehdi Sahib əz Zamandan ölkəmdə baş verən ağır hadisələrə yardımçı olmalarını istədim. Mehdinin qeybə çəkildiyi mağarada minlərlə arzunun içində divara bir arzu da mən yazdım: “Allah Azərbaycanı qorusun!” Onlar Allah yanında əziz övliyalardır. Azərbaycanın girdiyi bu böhranlı vəziyyətdən ölkəni çıxarmaq üçün dövlət başçısının islah və hidayət olunmasını, dövlət səlahiyyətlərini əllərinə keçirən məmurların ölkəni apardıqları qandan ölkəni xilas etmələri üçün Allah yanında əllərindən gələn hər şeyi etmələrini rica etdim Allahın əziz İmamlarından. Şərə dəstəvuz olan məmurların əlləri və əməllərindən – şərə məruz qalan mübarizə dostlarımızın xilas olmaları üçün dualar etdim. Onlar da ölkəmdə olan vəzyyətdən halidirlər – gördüm, bildim. Mənim Azərbaycandan və Dostlardan, müqəddəs bildiyim əziz adamlardan başqa kimim var ki?!
Əziz Elxan Şükürlü. Bu təbriki sənə İmam Hüseyn və Əbəlfəz Ağann məqbərələrinin – Hərəmlərinin yanından yazıram. Sənin seyidlərə, İmamlara, Əliyə münasibətini və böyük sevgini bilirəm və buna görə də bu təbriki belə təsadüfi hesab etmirəm. Əziz qardaş, doğum günün mübarək olsun! Allah Azərbaycanımızı qorusun!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button