Əvəz Zeynallı Ombudsmanın nümayəndəsilə görüşdü
“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı, “Xural” TV-nin əməkdaşı Məlahət Zeynalllının Azərbaycan Respublikası İnsan Haqlarıl üzrə Müvəkkili Səbinə Əliyevaya ünvanlanan müraciətdən sonra Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti Saxlanma yeri və İstintaq Təcridxanasında saxlanılan Ə.Zeynallı ilə görüşüblər.
Görüş zamanı Ə.Zeynallının sağlamlığında yaranmış problemlər səbəbindən onun müayinə və müalicə olunması, gözlərindən əməliyyat olunması, həmçinin Ə.Zeynallının həbsdə saxlanıldığı 5 ay müddətində hələ də ailə üzvləri və həyat yoldaşı ilə görüşünə və telefon danışıqlarına qoyulan qadağanın aradan qaldırılması və M.Zeynallının jurnalist fəaliyyəti üçün zəruri olan texniki avadanlıqlarının və ailyə məxsus pul vəsaitinin Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən götürülərək, qaytarılmaması məsələləri müzakirə edilib.
Ombudsman Aparatının əməkdaşları bu məsələlərlə bağlı səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılacağı ilə bağlı məlumat veriblər.
Xatırladaq ki, “Xural” Media Qrupunun rəhbəri, tənqidçi və araşdırmaçı jurnalist Əvəz Zeynallı 10 sentyabr 2022-ci il tarixində PA-nın məsul şəxslərinin siyasi sifarişlə, saxta, əsassız, heç bir dəlil-sübutu olmayan ittihamlar əsasında Binəqədi rayon məhkəməsinin sifarişli hakimi Fərid Əmirəliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib.
29 dekabr 2022-ci ildə əlavə olaraq, heç bir zərurət olmadığı halda həbsinin müddəti Binəqədi Məhkəməsinin sifarişli hakimi Abbas Rzayev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən daha 3 ay uzadılıb.
Bu müddət ərzində ona qarşı irəli sürülən ittihamların heç biri öz təsdiqini tapmayıb.