Əvəz Zeynallı “Siyasət meydanı”nda: “12 mənzili o biri dünyaya aparmaq mümkündürmü?”-VİDEO

Əvəz Zeynallının təqdimatında avqustun 13-ü, saat 20:00-da Xural TV-də yayınlanan “Siyasət meydanı” layihəsində “12 mənzili o biri dünyaya aparmaq mümkündürmü?”, “Putin youtube.com-a və google.com-a qarşı hədə-qorxuya keçib, onlarla hesablaşacağını bildirib. Səbəbi?”, “Sakinlərin sözlərinə istinadən deyilir ki, onların mənzillərinə iddialı olan qadınlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin IV və V çağırış deputatı Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. Onların saxta sənədlər əldə etdiyi iddia olunur”, “Baş nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətməkdə təqsirləndirilən Nail Allahverdiyevin haqqındakı qərar niyə dəyişib?”, “Kamal Abdulla ilə məhkəmə davam edir”, “”Azərbaycan bayrağı” ordeni alan, oğlu Qarabağ müharibəsində döyüşərək iki ayağı dizdən aşağı kəsilən Gülnisə ana İlham Əliyev və Mehriban Əliyeva ilə görüşəndən sonra Qusar bələdiyyə sədri onun torpaqlarını əlindən almağa cəhd edir”, “Mübariz Mənsimov Məhəmməd Əmin Rəsulzadə adına gəmini istismara buraxdı. Niyə indi?”, “Təhsili bu ölkədə bitirənlərin cəzası ağır olacaq”, “Azərbaycan təhsil sisteminin qocaman əfsanələrindən olan Vurğun Əyyubun səhhəti yaxşı deyil” kimi bu və digər mövzular təhlil olundu. Xural.com “Siyasət meydanı”nda Əvəz Zeynallının çıxışını təqdim edir:

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button