Əvəz Zeynallı və Bəxtiyar Hacıyevin işi ilə bağlı prezidentə müraciət olundu

Bu gün ölkənin bir sıra vətəndaş cəmiyyətinin üzvü və hüquq müdafiəçiləri hazırda müxtəlif ittihamlarla həbsdə saxlanılan “Xural” Media Qrupunun rəhbəri, müstəqil, araşdırmaçı jurnalist Əvəz Zeynallının və ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması və yaxın gələcəkdə isə günahsız olduqlarına görə tamamilə bəraət almaları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti                  İlham Əliyev cənablarına müraciət ediblər. Müraciətdə deyilir: 

“Hörmətli Cənab Prezident!

Yazıb Sizə Azərbaycan cəmiyyətinin ictimai sektorunun nüfüzlu nümayəndələri olan ictimai fəal Bəxtiyar Hacıyev və jurnalist Əvəz Zeynallı ilə əlaqəli müraciət edirik.

Bildiyiniz kimi, ictimai fəal Bəxtiyar Hacıyev və jurnalist Əvəz Zeynallıya qarşı cinayət işi açılıb, istintaqın təqdimatına əsasən məhkəmə tərəfindən hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əvəz Zeynallı rüşvət, Bəxtiyar Hacıyev xüliqanlıqda ittiham edilirlər.

Hazırda həbsdə olan hər iki şəxsin səhhətlərində ciddi narahatçılıqların olduğunu nəzərə

alaraq, yazıb Sizdən onların istintaq dövründə seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərməyinizi xahiş edirik. Bəxtiyar Hacıyevlə Əvəz Zeynallı ictimaiyyətdə nüfuz sahibi olan şəxslərdilər; hər ikisi dövlətini sevən, xalqına bağlı olan vətənpəvər insanlardır. Onların ölkə üçün göstərdikləri peşəkar fəaliyyətlərinin nəzərə alınmasına, yaxın gələcəkdə isə günahsız olduqlarına görə tamamilə bəraət alacaqlarına ümid edərək, Sizdən bu işə humanist müdaxilə etməyinizi xahiş edirik.

Hörmətlə,

Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu İB-nin Prezidenti

Arzu Abdulla, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri

Şəhla İsmayıl, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti İB-nin sədri

Novella Cəfəroğlu, D. Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti İB-nin sədri

Fikrət Cəfərli, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi İB-nin sədri

Səidə Qocamanlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiə Bürosu İB-nin sədri

Mehriban Vəzir, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İB-nin sədri

Hafiz Həsənov, Hüquq və İnkişaf İB-nin sədri

Azər Mehdiyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədri

Əhməd Əlili, Qafqaz Siyasi Analiz Mərkəzi İB-nin direktoru

Mirəli Hüseynov, Demokratiyanı Öyrənmə İB-nin sədri

Nəsimi Məmmədli, Yayımların Monitorinq Mərkəzi İB-nin sədri

Samir Əliyev,  Media və İctimai Təşəbbüslər Mərkəzi İB-nin sədri

İlqar Hüseynli, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB-nın sədri

Mehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İB-nin sədri

Mirvari Qəhramanlı, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri

Rasul Cəfərov, Bakı Insan Huquqları Klubu İB-nin sədri

Ziya Quliyev, Azərbaycan Hüquq Cəmiyyəti IB-nin sədri”

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button