Əvəz Zeynallı yazır: “500.000 manatı kimlər və necə yeyirlər?!”

Xural.com Əvəz Zeynallının facebook statusunu olduğu kimi təqdim edir:
“Turanın xəbərindən oxudum ki, “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinin təqdimatı keçirilib. Tədbirin təşəbbüsçüsü Avropa Şurasıdır. Layihənin milli tərəfdaşları Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Mətbuat Şurası, Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqı, Qadın Jurnalistlər Assosiasiyasıdır. İl ərzində həyata keçiriləcək layihənin büdcəsi 250 min avro təşkil edir. Komitəni və Qadın Jurnalistlər Assosiasiyasını qoyuram bir yana, deyək ki, bu, onların işidir. Bəs Mətbuat Şurası və Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqı?! Jurnalistlərin Həmkarlar İttifaqı var? Bunlar mətbuatın problemlərini həll etdilərmi ki, indi də mediada gender bərabərliyi məsələsini həll edirlər?! Büdcəyə isə heç nə demirəm – 500.000 AZN-dən çoxdur! Bizim avtomobilimizə tökdüyümüz benzinin hesabını aparanlar, bu qədər pulu necə rahatca yeyirlər?! Həm də Avropa Şurasının əli və xeyir-duası ilə?! Qrant alanlar və yeyənlər kimlərdir indi?!
Bu Avropa Şurasını da başa düşmək olmur… Qadam, kimin əmisi oğlusunuz?!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button