Rubrikalar: GÜNDƏM XuralTAC

Əvəz Zeynallıdan Kanal13-ə sensasion müsahibə: “O qədər qudurublar ki…”-VİDEO

“MÜZAKİRƏ SAATI”-nın qonağı tanınmış jurnalist, “Xural.com”saytının baş redaktoru Əvəz Zeynallıdır. Əvəz bəylə ölkə gündəmini müzakirə etdik. Gündəmi zəbt etmiş İspaniyada oğurlanmış saat məsələsinə toxunan Əvəz bəy bildirdi ki, Rövnəq Abdullayevin bu qudurğan, tərbiyəsiz övladının hərəkətləri ölkə adına rüsvayçılıqdır və ölkə rəhbərliyi buna dərhal reaksiya verməli və hətta Rövnəq Abdullayevə dərhal cinayət işi açılmalıdır. Dövlət büdcəsini talayaraq pulları offşor zonalara, xarici mülklərə yatıran, xalqın pulu ilə bahalı saatlar, avtomobillər, mülklər alan qudurğan məmurlarına və onların ailə üzvlərinə qarşı dərhal ölçü götürülməsinin vacib olduğunu bildirən Əvəz bəy gec-tez bu qudurğanlıqlarına görə onların xalq qarşısında cavab verməli olacaqlarını bildirdi. Yeni təyinatlara fikir bildirən Əvəz Zeynallı təyin olunan şəxslərin işlərinin peşəkarı olduğunu bildirsə də bunun şiddət və işgəncələrin çoxalacağı anonsu da ola biləcəyini istisna etmədi. Özünün həbsindən danışan baş redaktor bildirdi ki, onun məhkəməsində üzünə duran 19 nəfərin əksəriyyəti DTX-ya rəhbər gətirilən Əli Nağıyevin o vaxtkı MTN qrupundan olan əməkdaşları idi. Əli Nağıyevin yaxşı “çekist” olduğunu deyən Əvəz bəy onun vəzifəsinin öhdəsindən gələcəyini bildirdi. Jurnalistlərin həbsi məsələsinə toxunan baş redaktor qeyd etdi ki, Azərbaycanda söz azadlığının olmaması məlumdur, amma jurnalistin yüksək çinli məmurlar haqqda yazılarına görə həbsi, özü də absurd maddələrlə həbsi qətiyyən yolverilməzdir və bu Azərbaycanın beynəlxalq imicinə çox mənfi təsir göstərir. Rusiyada həbs olunaraq Azərbaycana deportasiya edilmiş jurnalist Fuad Abbasovun məsələsinə toxunan Əvəz Zeynallı bu məsələdə onun üçün kifayət qədər qaranlıq məqamların olduğunu bildirdi və əlavə etdi ki, Fuad Abbasovu dəstəkləyirsə bu ona olan simpatiyasından deyil sırf jurnalist həmrəyliyinin göstəricisidir.

Xural.com Əvəz Zeynallının Kanal13-ə verdiyi müsahibəni təqdim edir:

Xural.com

Paylaş:

Share

Son Əlavələr

Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. Musavat.com Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert…

19 Avqust 2019 3:23 səhər

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam
Xural.COM