ƏVƏZ ZEYNALLININ AZAD EDILMƏSILƏ BAĞLI PREZIDENTƏ MÜRACIƏT OLUNDU

mm17.07.2013

Bir qrup millət vəkili  “Milli Mətbuat Günü” ərəfəsində hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad olunması  xahişilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər.

Müraciətdə bildirilir ki, “Əvəz Zeynallı Türkiyənin Ankara Dövlət Universitetinin hüquq fakultəsinin məzunudur. Azərbaycanın xarici qüvvələr tərəfindən siyasi və mətbu blokadaya alındığı dönəmlərdə Türkiyədə öz təşəbbüsü ilə “Böyük Gələcək” dərgisini nəşr etdirib. 1999-cu ildə Azərbaycana dönəndən sönra uzun illər dövrü mətbuatda çalışıb. 2001-ci ildə “Vətəndaş Həmrəyliyi” qəzetinin, 2002-ci ildən isə özünün təsis etdiyi, müstəqil “Xural” qəzetinin  baş redaktoru olub.

Ə.Zeynallı dövlətçi, milliyyətçi və vətənpərvər jurnalist olaraq zaman-zaman dövrü mətbuatda çıxış etdiyi tənqidi və araşdırma yazılarında müstəqil mövqe nümayiş etdirmiş, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə öz peşə fəaliyyətində əlindən gələni əsirgəməmişdir. Ə. Zeynallı Azərbaycanın  milli maraqlarını hər zaman şəxsi maraqlardan üstün tutub və əminik ki, azadlığa buraxıldığı təqdirdə o ölkəmiz üçün daha faydalı işlər görməkdə davam edəcək.” Daha sonra millət vəkilləri dövlət başçısına müraciət edərək, “Milli Mətbuat Günü” ərəfəsində bu böyük addımı atmağı və Ə.Zeynallının cəzasının qalan hissəsini çəkməsindən azad edilməsini xahiş edirlər.”

Müraciət millət vəkilləri İlyas İsmayılov,  Aqil Abbas, Fazil Mustafayev və İqbal Ağazadə tərəfindən imzalanıb.

XuralTAC

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button