Əvəz Zeynallının məhkəmə prosesi sentyabrın 26-da davam edəcək

25.09.2012

Sentyabrın 26-da saat 14.00-da  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edəcək. 

Məhkəmədə şahid qismində Tənzilə Rüstəmxanlı, Zaur Mirzə və Rüxsarə adlı qadın ifadə verəcək.

Qeyd edək ki,  Ə.Zeynallının həbs olunması üçün şikayət ərizəsilə müraciət edən Gülər Əhmədova ötən iclasda məhkəməyə şahid qismində qatılıb və baş redaktora qarşı “ağlasığmaz” ittihamlar irəli sürüb. Ə.Zeynallı G.Əhmədovanın ittihamlarına cavab vermək imkanı isə deputatın növbəti məhkəmə iclasına qatılmaması səbəbindən baş tutmayıb.

Qısa məlumat: Bundan əvvəlki məhkəmə iclaslarında  “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, müğənni N.Ələsgərli, ədliyyə işçiləri, “Kurort” MMC sabiq prezidenti Akif Məmmədov, “Xəmsə” restoranının administratoru Xanoğlan Muxtarov şahid qismində ifadə veriblər.

Əvəz Zeynallı baş redaktoru olduğu “Xural” qəzetinin gündəlik nəşrinə başlarkən əsasən məmurlardan ibarət qrup qəzetin dayandırılması üçün bütün qüvvlərini səfərbər ediblər. İstədiklərinə nail olmadıqda isə baş redaktoru saxta ittihamlarla həbs etmək qərarına gəliblər. Hazırda Əvəz Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunur. Məhkəmələr siyasi sifarişləri həyata keçirdikləri təqdirdə onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Buna baxmayaraq dünya ictimaiyyəti, beynəlxalq insan haqları və jurnalist təşkilatları, o cümlədən Avropa Şurası İnsan Haqları Komitəsi Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbs olundugunu və ona görə də “vicdan məhbusu” olduğunu qəbul edərək,  dərhal həbsdən azad olunmasını tələb edirlər.   

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button