Əvəz Zeynallının vəkilində olan dosyelər həbsxana işçiləri tərəfindən

Baş redaktor Kürdaxanı həbsxanasını məhkəməyə verdi

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının vəkili Elçin Sadıqov Kürdaxanı həbsxanasında görünməmiş özbaşnalıqla üzləşib. Vəkil Ə.Zeynallı ilə görüşdən çıxarkən həbsxana işçiləri tərəfindən saxlanılıb. Gözətçilər Ə.Zeynallının vəkilə verdiyi dosyeləri müsadirə ediblər. E.Sadıqovun bildirdiyinə görə, Bakı İstintaq Təcridxanasında Ə.Zeynallı ilə apardığı söhbətlərin dinlənilməsi və vəkilə verilən dosyelərin məcburi qaydada alınması ilə bağlı 2 saylı İnzibatı İqtisad Məhkəməsinə şikayət verilib.
E.Sadıqov həmçinin Ə.Zeynallının həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə də Nəsimi Rayon Məhkəməsinə vəsatət verildiyini bildirib. Vəkil qeyd edib ki, Ə.Zeynallının işi ilə bağlı daxili işlər naziri Ramil Usubovun şahid qismində cinayət işinə cəlb edilməsi ilə bağlı vəsatət verilib.
Eyni zamanda, istintaqa Ə.Zeynallıya rüşvət verdiyi barədə ifadə verən Sumqayıt maşın bazarının sahibi Sabir Tarverdiyevin ifadəsi əsasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə də sorğu göndərilib: “Sabir Tarverdiyev istintaqa verdiyi ifadəsində bildirib ki, Ə.Zeynallıya o zaman Yevlax şəhərinin icra başçısı işləmiş E.Vəliyev barədə yazıları dayandırmaq üçün rüşvət verib. S.Tarverdiyev rüşvəti E.Vəliyevin tapşırığı ilə verdiyini iddia edir. Biz E.Vəliyevə sorğu göndərərək bu məsələyə münasibət bildirməsini xahiş etmişik” – deyə vəkil söyləyib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button