Əvəz Zeynallının xanımı deputatın müraciətini müsbət qiymətləndirdi

815419_445551

08.04.2014

Məlahət Zeynallı: “Sözün düzü, mən hələ də şokdayam”;

Arzu Abdullayeva: “Əgər onun günahı olsaydı, İlyas İsmayılov heç vaxt bu müraciəti etməzdi”

Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov prezident İlham Əliyevə həbsdə olan jurnalist Əvəz Zeynallı ilə bağlı müraciət edib. Millət vəkili prezidentdən Ə.Zeynallının rüşvət almasının sübuta yetirilmədiyini, məhkəmənin hökmü ilə tətbiq edilmiş cəzanın həddən artıq ağır və qəddar olduğunu, eləcə də təyin edilmiş cəzanın 2 il 5 aydan artıq olan hissəsini indiyədək çəkdiyini nəzərə almağı, özünə məxsus insanpərvərlik, yüksək humanistlik keyfiyyətlərini, mərhəmətini bir daha göstərməyini və Ə.Zeynallını əfv etməsini xahiş edib.

Əvəz Zeynallının xanımı Məlahət Zeynallı bu müraciətin onun üçün şok olduğunu dedi: “Mən bilmirəm, bu müraciətin Əvəz bəyin azadlığa çıxmasına təsiri olacaq, ya yox. Amma bu çox ciddi müraciətdir. Bəlkə də Əvəz bəylə bağlı edilən müraciətlərin içində ən əsaslı, araşdırılmış  müraciətdir. Sözün düzü, mən hələ də şokdayam. İlyas İsmayılovun bu addımını çox müsbət dəyərləndirirəm. Həmin müraciətdə də qeyd olunub ki, Əvəz bəyin heç bir günahı yoxdur, məhkəmə ədalətsiz keçirilib. Hansı ki, biz bunu dəfələrlə demişik. Yəni bu baxımdan deputatın bu addımını çox müsbət dəyərləndirirəm”.
Hüquq müdafiəçisi Arzu Abdullayeva deputatın prezidentə müraciətinin Ə.Zeynallının azadlığa çıxmasına təsir edə biləcəyini dedi: “Düşünürəm ki, bu müraciətin təsiri ola bilər. İlyas İsmayılov deputatdır, hüquqşünasdır, əgər Əvəz Zeynallının günahı olsaydı, o, heç vaxt bu müraciəti etməzdi. Bu o deməkdir ki, İlyas İsmayılov əmindir ki, Əvəz Zeynallının günahı yoxdur”.
Xatırladaq ki, Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. Respublika Prokurorluğunun rəsmi məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları cinayət işi ilə əlaqədar Əvəz Zeynallının evində, avtomobilində, “Xural”ın ofisində axtarışlar apararaq bəzi əşyaları götürüblər.
Nərgiz YAQUBLU
“Yeni Musavat”

Əlaqəli məqalələr

1 şərh

  1. SON DERECEDE İSABETLİ,ADİL VE VİCDANİ BİR TEKLİF OLMAKLA MERABER AHLAKİ İLAHİ BİR ADALETİN YERİNE GETİRİLMESİLE BERABER,ADALETİN TECELLİSİ DEMEKTİR.ALLAHTA BİLİRKİ,EVEZ ZEYNALLI GÜNAHKARDIR VE VATANINI SEVEN BİR İNSANDIR.MUHTEREM PREZİDENT,İNŞALLAH BU TEKLİFLERİ DİKKATA ALIR VE BÜTÜN DÜNYAYA KARŞI AZERBAYCANIN YÜZÜNÜ GÜLDÜRÜR VE DEVLETİMİZİN HAKTAN VE ADALETTEN YANA OLDUĞUNU GÖSTERİR.AF ,YÜCE ALLAHIN KUTSAL EMRİDİR.KURANI KERİM BAŞTA OLMAK ÜZERE BÜTÜN KUTSAL KİTAPLAR,AFFI BAŞ TACIYAPMIŞ VE İNSANLIĞIN HAYRINA EMRETMİŞLERDİR.BİR YÖNETİCİ İÇİN AF.EN BÜYÜK FAZİLETTİR VEİDAREDE HAKLI BİR ZAFERDİR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button