Əvəz Zeynallıya ailəsi ilə görüşməyə icazə verdilər

Nizami Həsənli

17.03.2012

Hazırda Bakı İstintaq Təcridxanasında həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı martın 17-də – Novruz bayramı ərəfəsində ailəsi və qəzetin əməkdaşı Nizami Həsənli ilə görüşüb.

Nizami Həsənlinin verdiyi məlumata görə, görüş zamanı Əvəz Zeynallı fiziki və mənəvi durumunun normal olduğunu deyib.

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüblər. Ə. Zeynallı bir sıra müvafiq qurumlara yazdığı müraciətlərin Təcridxana rəhbərliyi tərəfindən göndərilməməsinə etirazını bildirib və qeyd edib ki, şəxsən özü dəftərxanada olarkən bunun şahidi olub. Lakin Ombudsman Aparatından bildiriblər ki, bu məsələ yerində araşdırıldığı zaman məlum olub ki, onun ərizələri qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti qurumlara göndərilib (?!). N.Həsənlinin sözlərinə görə, Əvəz Zeynallı, “Guya ki, araşdırma aparıblar və məlum olub ki, göndərdiyim müraciət və məktublar vaxtında ünvanına çatdırılıb. Halbuki Ombudsman Aparatının nümayəndələrinə fakt təqdim etmişdim ki, ombudsman Elmira Süleymanovaya fevralın 22-dən məktub göndərsə də, martın 12-nədək məktubu təcridxananın dəftərxanasında olub və o müddətdə ünvanına çatdırılmayıb. Qanuna müvafiq olaraq həbsdə olan şəxslərin məktub və müraciətləri 24 saat ərzində ünvanına çatdırılmalı və heç bir yoxlamaya məruz qalmamalıdır” deyə aparat əməkdaşlarının mövqeyinə etirazını bildirib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button