Əvəz Zeynallıya qarşı münasibət yaxşılığa doğru dəyişir

10.02.2012

Vəkil Mənsum Bayramov Bakı İstintaq Təcridxanasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Görüş zamanı Ə.Zeynallı M.Bayramova təcridxanadakı vəziyyətlə bağlı məlimat verib.

M.Bayramovun sözlərinə görə, yanvarın 31-də Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasında onunla bağlı “xüsusi göstəriş”in həyata keçirildiyi haqda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, ədliyyə nazirinin müavini Mədət Quliyevə etdiyi müraciətin teleqramını ünvanına çatdırıb: “Hazırda Əvəz Zeynallı təcridxanadakı durumdan razılığını bildirdi və Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqov tərəfindən qəbul edildiyini söylədi. Hesab edirəm ki, baş redaktor haqqında “xüsusi göstəriş”lərin hansı səbəblərdən qaynaqlandığını da öyrənməyə çalışıb. Əsas odur ki, vəziyyət yaxşılığa doğru dəyişib”.

Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı Bakı İstintaq Təcridxanasında adının çəkilməsini istəmədiyi nəzarətçilərdən birinin 10 nəfər üzərində “xüsusi göstəriş”lə nəzarətin gücləndirilməsi əmrinin verildiyini və həmin siyahıda ilk adın Əvəz Zeynallıya məxsus olduğunu söyləmişdi. Təcridxananın ümumi qaydalarına hər zaman riayət etdiyini deyən baş redaktor üzərinə qoyulan “xüsusi nəzarət”in səbəbini araşdırmağa çalışmış və bu məsələ ilə bağlı Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqovla görüşmək üçün 10 dəfədən artıq ona müraciət etmişdi.  “Üzərimə qoyulan nəzarət sisteminin 10 qat gücləndirilməsini də təzyiq vasitəsi kimi qəbul edirəm” deyən baş redaktor onu da bildirmişdi ki, təcridxanadakı gərginliyin səbəbini öyrənməyə çalışdığı zaman, hər iclasda ondan ehtiyatlı olmaq üçün nəzarətçilərə “xüsusi tapşırıq” verildiyini söyləmişdilər.

https://www.xural.com/?p=12374

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button