Əzrail qağa

Günay Ümid

 

Sənmi gəldin Əzrail qağa

Sənin gəlişin

Qurtuluşumun səsi qədər xoş,

Bizim dünyamız

İçinə sığacaq qədər kiçik

Qoynunda itəcək qədər boş.

 

Qünahların qaranlığından

Göz-gözü görmür küçələrdə

Hər döngədə ovuclar

Taleh dilənir Allahdan

Əllər çirkli

Ovuclar qüsulsuz

Dualar günahkar…

 

İnsanlar…

Canımı ovdular bədənimdən

Adını zülm qoydular,

Ruhumu qovdular bədənimdən

Adımı ölüm qoydular…

 

Bu dünyanın

Günəşi də alovuyla

Çatmaq istəyir özünü

Ayı qaranlığından

Asmaq istəyir özünü

Qayaları, dağları

Ən uca zirvəsindən

Atmaq istəyir özünü.

 

Boğmaq istəyir özünü

Ən qəzəbli dalğasında

Çayları, dənizləri də

Bu dünyanın bir halına

Gül, gedək

Əzrail qağa

Səndə özünə

Əzrail axtarmadan

Gəl gedək!

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button