Сo Bayden: “Ukrayna Putini dayandıracaq”

Yayımlandı: 10 İyul 2024 11:52

“Putin Ukraynanı xəritədən silmək istəyir”

ABŞ Prezidenti Co Bayden iyulun 9-da Vaşinqtonda keçirilən NATO sammitində Ukraynanı Rusiyanın işğalına qarşı müdafiə edəcəyinə söz verib.

Bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın tamamilə tabe olmasını istəyir, fikri bu ölkəni xəritədən silməkdir:

“Düşünürəm ki, Ukrayna Putini dayandıra bilər və dayandıracaq”.

NATO sammitində Ukraynaya hərbi və humanitar yardımla bağlı yeni öhdəliklər olacağı gözlənilir.

ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, sammit müharibədən əziyyət çəkən ölkənin NATO-ya üzvlük yolunu “daha ​​da gücləndirəcək”.

Bayden və Almaniya, İtaliya, Niderland, Rumıniya liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə bəyanat yayaraq, Ukrayna şəhərlərini, mülki şəxsləri və əsgərləri qorumaq üçün əlavə beş Patriot və digər strateji hava hücumundan müdafiə sistemlərinin çatdırıldığını elan ediblər.

Onlar bu il əlavə strateji hava hücumundan müdafiə sistemlərinin elan ediləcəyini də deyiblər.

İyulun 9-da Vaşinqtona gələn və cümə axşamı Baydenlə görüşməli olan Zelenski Ukraynanın ən azı yeddi Patriot sisteminə ehtiyacı olduğunu söyləyib.

“Biz Ukraynaya əlavə təhlükəsizlik təminatları verilməsi üçün mübarizə aparırıq. Bunlar silah və maliyyə, siyasi dəstəkdir”, o bildirib.

Ukrayna Rusiyanın gələcək hücumlarından qorunmaq üçün son nəticədə NATO-ya qoşulmaq istəyir, lakin namizədlər alyansın bütün üzvləri tərəfindən təsdiqlənməlidir. Bəziləri Rusiya ilə birbaşa münaqişəyə səbəb olmaqdan çəkinirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button