“ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI MƏSƏLƏNİ ÖYRƏNİRİK”

“Amnesty İnternational” vicdan məhbuslarının da azadlığı üçün kampaniyaya başlayacaq

“Amnesty İnternational”ın Avrasiya bölümünün rəhbəri Con Dalhuyzen və təşkilatın Azərbaycan Avropa və Mərkəzi Asiya proqramı üzrə tədqiqatçısı Nataliya Notadze dünən keçirdikləri mətbuat konfransında qurumun hesabatını təqdim ediblər. (Hesabat qəzetin 8-ci səhifəsində geniş dərc olunub-red). Hesabatın açıqlamasından sonra onlar jurnalistlərin suallarını cavablandırıblar.

C.Dalhuyzen vicdan məhbuslar ilə bağlı suala cavab olaraq bildirdi ki, vaxtilə E.Fətullayevin azadlığa buraxılması tələbi ilə Avropa ölkələrində keçirilən kampaniya yenə də keçiriləcək: “Azərbaycan hakimiyyəti ilə dialoqu davam etdirməyə çalışırıq. Azərbaycanda insan haqlarının pozulması ilə bağlı Avropa Birliyinə və digər böyük təşkilatlara müraciət edəcəyik ki, bu məsələ beynəlxalq ictimaiyyətin fokus nöqtəsinə çevrilsin”.
Təşkilatın nümayəndələri “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə də münasibət bildirdilər: “Hazırda onun həbsinin detallarını araşdırırıq. Azərbaycanda bir həyəcan var. Hakimiyyəti tənqid edən jurnalistlər həbs edilir. Onlardan biri də ”Xural”ın baş redaktoru Əvəz Zeynallıdır. Məsələ ilə bağlı daha detallı məlumat toplayandan sonra qənaətimizi ictimaiyyətə açıqlayacağıq. Əmin olmaq istərdik ki, Əvəz Zeynallı ədalətli məhkəmə hüququndan istifadə edə biləcək”.
Hesabatda korrektələrin edilib-edilməyəcəyi sualına cavab verən C.Dalhyuzen bildirdi ki, sənəd Azərbaycandakı mənzərəni əks etdirir: “Korrektələrə gəlincə, Azərbaycan hakimiyyəti də istəyirdi ki, hesabata ”düzəlişlər” edək”.

Leyla İLQAR

“Yeni Müsavat” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button