“Biz mütləq o torpaqlara qayıdacağıq”

Beynəlxalq Diaspor Mərkəzi yeni mübarizə mərhələsinə qədəm qoyub

Beynəlxalq Diaspor Mərkəzi (BDM) Qərbi Azərbaycandan vəhşilik və zorla qovulmuş soydaşlarımızın pozulmuş hüquqlarının beynəlxalq arenada tanınması uğrunda başladığı mübarizədə yeni mərhələyə qədəm qoyub.
BDM mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, “Biz mütləq o torpaqlara qayıdacağıq” devizi altında qardaş Türkiyənin İqdır şəhərində görüşlər keçiriləcək.
Törənlər Azərbaycanın tanınmış simalarından olan Kərbəlayi İsmayılın, Cahandar ağanın oğlunun və başqalarının Daşburun kəndindəki qəbirlərinin ziyarəti ilə başlayacaq. İqdırda soydaşlarımızın hüquqlarının beynəlxalq müstəviyə çıxarılmasına dəstək xarakterli konfrans keçiriləcək.
Nümayəndə heyətinə BDM-in rəhbəri İsmayıl Ağayev, millət vəkili Gülər Əhmədova, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, akademik Vəli Əliyev, tarixçi-araşdırmaçı Əziz Ələkbərli, tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, köşə yazarı Nurəddin Xoca və başqaları daxildir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button