“Boz Qurdlar” “Xural”ın müdafiəsinə qalxdı

 Milliyətci Demokrat Partiyası “Xural” qəzetinin müdafiəsinə qoşulub. Partiyanın Siyasi Şurası bu barədə qərar qəbul edib. Milliyətci Demokrat Partiyasının sədri Qələndər Muxtarlı və sədrin birinci müavini İlyas Abdullayev “Xural” qəzetinə mənəvi dəstəklərini ifadə etmək üçün redaksiyamıza təşrif buyurub. Q. Muxtarlı haqq mübarizəsində “Xural” qəzetinin yanında olduqlarını bildirib: “Partiyamız “Xural” qəzetinə qarşı olan basqıları qətiyyətlə pisləyir. Bu addımları azad mətbuata qarşı növbəti basqı kimi dəyərləndiririk. Hesab edirik ki, Azərbaycan hakimiyyəti söz və mətbuat azadlıqlarına hörmətlə yanaşmalıdır. Mətbuat Şurasını iqtidarın əlində siyasi basqı vasitəsinə çevirmək olmaz və biz Mətbuat Şurasının məqsədindən və yolundan caydığını düşünürük. Milliyətçi demokratlar bu haqq mübarizəsində “Xural” qəzetinin yanındadır ”.

Partiya rəhbərliyi lazım gələrsə, ofislərini belə “Xural”a ayırmağa hazır olduqlarını bildirib.

 Fəqan

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button