“Demokrat”ın fotoreportyoru 8 saat polisdə…

demokrat qəzeti“Demokrat” qəzetinin fotoreportyoru Elçin Hidayət Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə çağrılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Hidayətin özü məlumat verib.

E. Hidayət bildirib ki, əl telefonuna zəng edərək, onu Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə dəvət ediblər:

“Polis bölməsində 8 saata qədər oldum. Məni bölmənin rəisi Cəbrayıl Vəliyev qəbul elədi. 17 aprel mitinqi ilə bağlı sorğu-sual edildim, mitinqin təşkilatçıları, məqsədləri barədə mənə suallar verildi”, – deyə bildirən E. Hidayət qeyd edib ki, bu dindirmədən sonra ona facebookda mitinqlə əlaqədar çağırışlar, yazılar qoymamağı da məsləhət görüblər. Həmçinin polis rəisi onun YAP–a üzv olmağını da tövsiyə edib.

E. Hidayət qeyd etdi ki, bölmədə sorğu-sual edilən zaman polis əməkdaşları onun telefonundan bəzi nömrələri qeyd etsələr də, bu nömrələrin kimlərin olduğunu özü görə bilməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button