“Eurovision” arenasındakı otaqlardan daha sonra həbsxana kimi istifadə ediləcək”

İsveçrənin “Schweizer Fernsehen” televiziya kanalında yayımlanan məşhur “Cayikobbo/Müller” (Giacobbo/Müller) komediya şou-proqramında Azərbaycandakı insan haqlarının durumu və hakimiyyətin “Eurovision” yarışmasına hazırlığı lağa qoyulub.
Verilişin aparıcıları Viktor Cayikobbo və Müller Naxrixten Bakıda keçirilməsi planlaşdırılan “Eurovision” musiqi yarışması üçün nəzərdə tutulmuş mərkəzin tikintisiylə bağlı məlumatı ironiya ilə səsləndiriblər. Komediya ustası Viktor Cayikobbo deyib ki, Azərbaycan müasir ölkədir və həmişə yenilənmək barədə düşünür: “Azərbaycan hökuməti “Eurovision” musiqi yarışması üçün tikiləcək arenanın mətbuat mərkəzindəki kiçik otaqlardan daha sonra insan hüquqları fəalları üçün həbsxana kimi istifadə edəcək”.

“Azadlıq” qəzeti

http://www.youtube.com/watch?v=UeJTU3f9S-0&feature=player_embedded

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button